Maraq dünyası
Alimlər xəbərdarlıq edirlər: “Yatağınızı yığmayın!”
Səhər oyananda ilk işimiz çarpayımızı yığmaq olur. Ancaq alimlər bildirirlər ki, bu vərdiş sağlamlığımıza böyük zərbə vurur. Kinqston Universitetinin professorları çarpayımızda ölçüsü 0,3 millimetr olan mikroskopik canlıların yaşadığını bildirirlər.
Hansı ki, münbit şərait yarandıqda sayı 1 milyon 500 minə çata bilir. İnsanlardan tökülən dəri hissəcikləri ilə qidalanan həmin canlılar ən çox nəm və rütubətli yerlərdə, həmçinin, 25-30 dərəcə temperaturda davamlı olaraq çoxalırlar. Yatarkən bədənimizdən çoxlu sayda dəri parçaları tökülür. Öz temperaturumuzla çarpayını qızdırır və bir az da tərləyir, bununla da onlara münbit şərait yaradırıq. Səhər oyanan kimi yatağı yığmaqla isə onların çoxalmasını sürətləndiririk. Başda allergiya olmaqla bir çox problemə səbəb olan bu mikroskopik canlılardan xilas olmaq üçün yataq dəstini tez-tez yumaq, yüksək temperaturda ütüləmək və döşəklərin hava alması üçün yatağı bütün gün dağınıq saxlamaq lazımdır.
Həmin mikroskopik canlıların necə göründüyü ilə maraqlanırsınızsa, Publika.az-ın təqdim etdiyi fotoya nəzər salın. Əminik ki, bu foto alimlərin xəbərdarlığını nəzərə almağınıza səbəb olacaq.
Ləman Sultan
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO