Dünyada ilk: otel-sualtı qayıq tikilir
Bizi izləyin

Maraq dünyası

Dünyada ilk: otel-sualtı qayıq tikilir

Səyyar sualtı oteldə bir gecə müsafir olmağın qiyməti üç min dollardan başlayacaq.

ABŞ-ın Florida ştatında, Ki Uest sahillərində sualtı qayıq prinsipi ilə otel tikintisinə başlanıb.

"Planet Ocean Underwater Hotel" inşaat şirkətinin nümayəndəsi bildirib ki, müsafirlərə qonaq otağındakı pəncərələrdən gözəl mənzərə açılan, vanna otağı, böyük çarpayı, soyuducu və internetlə təchiz edilmiş 12 geniş nömrə, habelə konfrans zalı, restoran və baxış meydançası təklif olunur. Sualtı evin sakinləri dəniz heyvanlarını yemləyə və işıq şousuna baxa bilərlər. Qonaqlar təqribən doqquz metr dərinlikdə yerləşən otelə liftlə düşəcəklər.

Layihənin dizayneri Toni Uebb deyib: "Qasırğa və fırtına kimi təbiət hadisələri mehmanxanamız üçün qorxulu deyil. Otelimiz nəinki bu hadisələrdən suyun altında gizlənəcək, həm də avtomatik olaraq təhlükəsiz yerə üzəcək".

Layihə müəllifləri qeyd edirlər ki, "Planet Ocean Underwater Hotel" otelinin müsafirləri sanki kosmik səyyahlar kimi sualtı aləmin gözəlliklərdən zövq ala biləcəklər. Bu zövq onlara bir gecədə üç-altı min dollara başa gələcək. Yaxın gələcəkdə Misir və Malayziyanın, Havay və Baham adalarının sahil sularında da dəniz otelləri açmaq planlaşdırılır.

Otel-sualtı qayığın dizayn layihəsi 20 milyon dollara başa gəlib, bir blokun tikintisinə isə üç milyon dollar sərf olunub. Sualtı otellərin fəaliyyətindən əldə olunan gəlirin bir hissəsini "Biorock" Mərcan Riflərin Bərpası Fonduna keçirmək planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm