Kafkanın hamını heyrətləndirən başı - VİDEO
Bizi izləyin

Maraq dünyası

Kafkanın hamını heyrətləndirən başı - VİDEO

Çexiyanın paytaxtı Praqada ucaldılan Frans Kafkanın nəhəng abidəsi turistləri təəccübləndirməkdə davam edir.

Publika.az xəbər verir ki, abidə paslanmayan poladdan nəhəng baş şəklindədir.

On metr hündürlüyü olan abidənin çəkisi 45 tondur. Abidənin müəllifi məşhur çex heykəltəraşı, qeyri-adi əsərləri ilə tanınan David Çernıdır.

Abidə 45 dövr edən qatdan ibarətdir. Bu qatlar fırlanıb yazıçının abidəsini "metamarfoza"ya uğradandan sonra bir nöqtədə simmetrik hala gəlir. "K. və Günəş" adlanan abidə Praqanın mərkəzində, vaxtilə Kafkanın çalışdığı bankın binası yaxınlığında ucaldılıb.

Qeyd edək ki, Frans Kafka (1883-1924) yəhudi əsilli yazıçı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm