Bunları bilirdinizmi? - FAYDALI MƏSLƏHƏTLƏR
Bizi izləyin

Maraq dünyası

Bunları bilirdinizmi? - FAYDALI MƏSLƏHƏTLƏR

Ütünün suyunun içinə bir az ətir vursanız...

Hər bir insan onun gündəlik həyatını asanlaşdıracaq, onu problemlərdən xilas edəcək çarə axtarır.

Publika.az sizə yararlı ola və işlərinizi asanlaşdıra biləcək bəzi məsləhətlər verir.

1. Yeməkdən qabaq dişlərinizi fırçalasanız daha az yemək yeyəcəksiniz.

2. Hıçqırığınız tutduğu zaman 10 saniyə nəfəs almayın və 3 dəfə udqunun. Hıçqırığınız keçəcək.

3. Əgər soyuq duş altında 3 dəqiqə dayansanız, 40 kalori yandıracaqsınız .

4. Qədəhdəki şərabın keyfiyyətini öyrənmək istəyirsinizsə, qədəhi asta çalxalayın. Qədəhin içindəki çöküntü nə qədər qatıdırsa, şərab bir o qədər keyfiyyətlidir.

5. Yumurtanı qaynadarkən onun çatlamasını istəmirsinizsə, qaba yanmış kibrit qoyun.

6. Tərə qarşı dezodorantları səhər yox, gecə vurun. Bu, daha uzun müddətə qoxunun qarşısını alacaq.

7. Ütünün suyunun içinə bir az ətir vursanız, paltarlarınızdan gözəl qoxu gələcək.

8. Külqabının pis iylənməməsi üçün onu su ilə yox, zeytun yağı ilə isladın.

9. Pişiklərin divan və ya kreslonuza oturmasını istəmirsinizsə, həmin yerə naftalin qoyun. Pişiklər onu heç sevməzlər.

10. Saçlarınızı boyadarkən üzünüzə dəyən boyanı südə batırılmış pambıqla silin.

11. Yata bilmirisinizsə, albalı suyu için.

12. Zibil qutunuzun içinə soda və ya qabartma tozu töksəniz pis qoxunun qarşısını ala biləcəksiniz.

13. Yumurtanı qaynatdıqdan sonra qalan suyu dibçəyə tökün. Bitkilərə çox xeyirlidir.

14. Dırnaq boyasından qalan sarılığı götürmək üçün dırnağa sirkə sürtün. Rəngini açacaq.

15. Mədəniz bulanırsa bir stəkan qəhvə için.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm