Hər kəsi şoka salacaq PROQNOZ: Keçmiş SSRİ məkanını nə GÖZLƏYİR?
Bizi izləyin

Maraq dünyası

Hər kəsi şoka salacaq PROQNOZ: Keçmiş SSRİ məkanını nə GÖZLƏYİR?

Rusiya maqnit kimi...

Dünya ədəbiyyatına şedevrlər bəxş edən dahi rusiyalı yazıçı Dostoyevski ədəbi istedadı ilə yanaşı, öncəgörmə qabiliyyətinə də sahib olub.

Publika.az xəbər verir ki, XIX əsrdə yaşamış Dostoyevski öncəgörmələrində bugünkü siyasi proseslərdən xəbər verir.

1877-ci ildə o yazırdı ki, slavyan xalqları Rusiyadan azad olacaqlar və ona qarşı düşmənçiliyə başlayacaqlar: "Avropa onları tanımağa başlayacaq. Onlar İngiltərərə və Almaniya kimi ölkələrdən Rusiyadan qorunmaq üçün zəmanət istəyəcəklər, Avropa onları Rusiyadan qorumağı üzərinə götürəcək. Onlar özlərini inandıracaqlar ki, Rusiyaya kiçik minnətdarlıq belə borclu deyillər, əksinə Avropanın müdaxiləsi ilə Rusiyanın hakimiyyətpərəstliyindən güclə xilas ola biliblər. Əgər Avropa qarışmasaydı onlar "Böyük Rusiya tayfasının ümumslavyan imperiyasının əsarətinə düşəcəkdilər".

Dostoyevski proqnoz verir ki, ruslardan üz çevirən slavyanlar uzun illər öz azadlıqları üzərində titrəyəcək, Rusiyadan qorxacaqlar və Avropaya yaltaqlanacaqlar: "Onlar Rusiyaya şər atacaqlar, qeybət edəcəklər və ona qarşı intriqalar aparacaqlar. Azad olunmuş slavyanlar Avropa mədəniyyətinə çatdıqları üçün sevinəcəklər və "Rusiya – bu barbar ölkəsidir, şimal nəhəngi təmiz slavyan deyil və Avropa sivilizasiyasını təqib edir" deyəcəklər. Onlar konstitusiya idarəçiliyinə keçəcək, parlamentlər quracaqlar, məsuliyyətli nazirləri olacaq. Parisdə, yaxud Londonda qəzetlərin onlar haqqında yazmaları ilə özlərinə təsəlli verəcəklər".

Dahi rus Rusiyanın nəyə hazır olmasını da yazıb.

"Rusiya ona hazır olmalıdır ki, azad edilmiş slavyanlar öz şəxsiyyətlərini itirəcək qədər avropalaşacaqlar və Avropanın sosial formalarına yoluxacaqlar. Əlbəttə hər-hansı bədbəxtçiliyə düçar olanda onlar mütləq Rusiyaya müraciət edəcəklər və Avropa ilə yenidən düşmən olacaqlar. Görəcəklər ki, əgər onlar dünyada mövcuddurlarsa, Rusiya maqnit kimi onları özünə çəkərək birliyi təmin edir", - deyə Dostiyevski bildirib.

Qeyd edək ki, Rusiya-Qərb qarşıdurmasında slavyanlar bu gün Avropaya üz tutaraq, rusları özlərinə düşmən hesab edir. Xüsusilə Ukrayna böhranında bu, açıq şəkildə özünü göstərdi. Ölkə Qərb demokratiyası eşqi ilə Moskvanı açıq düşmən elan etdi və bu gün də müharibə şəraitindədir. Bununla yanaşı, Şərqi Avropa ölkələrinin əksəriyyəti Avropanın çətiri altına keçib. Bu bölgənin xalqları da avropalaşaraq slavyan kimliyindən çıxmaqdadır. Onlar daim Rusiya işğal təhlükəsini vurğulayaraq, Avropadan kömək istəyirlər.

Dostoyeviskinin öncəgörmələri doğru çıxır. Dahi rusun bundan sonrası üçün dediklərinin də işartıları artıq görünməkdədir.

"Brexit"dən sonra yaralanan Avropa miqrant problemi ilə əlləşir və Qərbin uzaq səhralarda başlatdığı müharibələrin doğurduğu bu nəticə "Köhnə Qitə"ni parçalayır. Artıq slavyanlar da vəd olunan gələcəyə sahib olmadıqları üçün az da olsa narazılıqlarını dilə gətirir. Əgər Dostoyeviski dediklərinə inansaq, o zaman: Ukrayna yaxın gələcəkdə Avropaya üz çevirərək, Rusiyanın orbitinə qayıdacaq; Moskva Şərqi Avropada öz təsir gücünü bərpa edəcək və Brüsselin qulağının dibinə qədər gedib çıxacaq; NATO-nun Baltikyanı missiyası uğursuzluğa düçar olacaq, ruslar Baltik dənizinə yenidən hökm edəcək. Avropa Rusiyanın qarşısında diz çökəcək. Təbii ki, Dostoyevskinin indiyə qədər dedikləri kimi bundan sonrası üçün söylədikləri də doğru çıxarsa...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm