Fantastik hadisə: Bütün mağazalarda 1 günlük 80 faiz endirim!
Bizi izləyin

Maraq dünyası

Fantastik hadisə: Bütün mağazalarda 1 günlük 80 faiz endirim!

Fantastik hadisə: Bütün mağazalarda 80 faiz endirim

Bu gün dünyanın bir çox ölkələrində "Black Friday" yəni, "Qara cümə" günü kimi qeyd olunub.

Publika.az xəbər verir ki, "Qara cümə" günü ABŞ-da ənənəvi olaraq ildə bir dəfə keçirilən alış-veriş tədbiridir. "Black Friday" Amerikada hər il "Şükran Günü"ndən sonra gələn ilk cümə günündə qeyd olunur. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar.

Image result for black friday

Bu il isə noyabr ayının 25-nə təsadüf edir. Həmin gün mağazalarda sözün əsl mənasında “şok” endirimlər olduğundan mağazalar səhər saat 6:00-da açılır, gecə gec saatlaradək fəaliyyət göstərir. Hətta mağazalar açılmamış alıcılar tərəfindən endirimlərdən faydalanmaq üçün saysız növbə yaranır və izdihamlara səbəb olur.

Qara cümə günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dan fərqləndirən əsas xüsusiyyət odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir.

Image result for black friday

Bu günü təkcə Amerikalılar deyil, bütün dünya gözləyir. İstənilən bütün məhsulları onlayn şəkildə möhtəşəm endirimlərlə sifariş etmək mümkündür. Bu gün Türkiyədə də bir çox mağazalarda məhsullara endirimlər olur.

"Qara Cümə" günü endirim edən şirkətlər karvanında “Apple” da iştirak edəcək. ABŞ-ın nəhəng texnologiya mərkəzlərindən verilən rəsmi məlumata görə, alıcıları bu gün sürpriz endirim kampaniyaları gözləyir. Eyni açıqlamada “Apple”-ın onlayn mağazasından alış-veriş edən istifadəçiləri pulsuz yükləmə xidməti ilə təmin ediləcəyi xəbəri də verilib. Rəsmi saytda yer alan açıqlamada kampaniyanın hansı məhsulları əhatə edəcəyinə dair bir məlumat isə yoxdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm