Maraq dünyası
21 DEKABR
1923-cü il. Görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov (1923-1997) anadan olub. Z.Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” (1136-1225) “Qafqaz Albaniyası tarixindən”, “Xəzər dənizi ərəb məxəzlərində”, “Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı” (1097-1203), “Dinlər, təriqətlər, məzhəblər” adlı qiymətli elmi və “Polis məmuru Dümbül bəyin macərası” (bənzətmə), “Naxçıvan sancağının müfəssəl dəftəri”, “Tarixnamə” və s. monoqrafiyaları ilə şöhrət qazanıb. Həyatının son illərində Tacəddin əs-Salmaninin “Tarixnamə”, V.V.Bartoldun “Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri” əsərlərini tərcümə edib. Akademik Z.Bünyadovun ən yaddaqalan töhfələrindən biri də professor Vasim Məmmədəliyev ilə birgə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsidir.
1898-ci il. Pyer Küri və Mariya Küri radioaktiv radium elementini kəşf etdilər.
1913-cü il. ABŞ-ın “New York World” qəzetində dünyada ilk krossvord dərc edilib. Krossvordun müəllifi Artur Uinn olub.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!