İnternetdə satışa çıxarılmış ən qəribə məhsullar - İNANMAQ OLMUR FOTO
Bizi izləyin

Maraq dünyası

İnternetdə satışa çıxarılmış ən qəribə məhsullar - İNANMAQ OLMUR FOTO

Publika.az internetdən satışa çıxarılmış ən qəribə məhsulları təqdim edir:

İnternetdə onlayn satış olduqca məşhurdur. İnsanlar istifadə etmədiyi məhsulları internet üzərindən satışa çıxarır. İnternetin gücü ilə bu elanlar daha çox insan tərəfindən alıcı tapır. Lakin bəzi insanların internetə qoyduğu məhsullar olduqca maraqlıdır. Publika.az internetdən satışa çıxarılmış ən qəribə məhsulları təqdim edir:

1- Qaraciyər

Floridalı adam internet vasitəsilə qaraciyərini satmaq istədi. Qaraciyərinə 5.7 milyon dollarlıq təklif almasına baxmayaraq satış reallaşmadı. Bunun səbəbi internetdə orqan satışının qadağan olması idi.

2- Alnını hərraca çıxaran adam

eBay üzərindən alnını hərraca çıxaran adam, alnı üçün 322 dollar pul aldı. Adam alnını reklam lövhəsi kimi istifadə etdi. Ən yüksək təklifi verən adamın istəyi ilə alnına keçici tatu ilə loqo etdirdi.

3- Bakirəlik

20 yaşında universitet tələbəsi internetdə hərrac ilə bəkarətini satdı. Braziliyalı universitet tələbəsi olan qız verdiyi elanda ən yüksək təklifi edən adam ilə birlikdə olacağını bildirdi. Bu pulu yoxsullara xərcləyəcəyini və tibb təhsilində istifadə edəcəyini söyləyən qadının elanına 780000 dollar təklif gəldi.

4- Nənə

10 yaşındakı Zoe Pemberton nənəsini eBay üzərindən satışa çıxardı. Bunu zarafat olaraq etsə də, sayt üzərindən gələn təkliflər 20.000 dollara qədər çıxdı. Daha sonra sayt rəhbərliyi elanın qaydalara zidd olmasından ötəri elanı qaldırdı.

5- Körpə adı

Melissa Heusçkel adlı qadın yeni doğulan uşağına ad tapmaqda qərarsız idi. eBaydan verdiyi elanda ən yüksək təklifi verən adamın adını uşağına verəcəyini bildirdi. Elana ən yüksək təklifi 15.500 dollarla “Golden Palace Casino” adlı bir şirkət verdi. Buna görə uşağın adı “Golden Palace Bendetto” oldu.

6- Qarğıdalı

İngilis universitet tələbəsi qarğıdalını internetdə satışa qoydu. Tələbənin qoyduğu bu elan çox qısa müddətdə müştəri tapdı və bir ədəd qarğıdalı internet üzərindən 1.63 dollara satıldı.

7- Britni Spirsin saçı

2007-ci ildə Britni Spirs saçını kəsdirdi eBayda hərraca çıxartdı. Britni Spirsin saçlarına 1 milyon dollar təklif gəldi.

8- Zibil qutusu

eBay istifadəçisi evində 1 ay müddətində istifadə etdiyi zibil qutusunu zibilləri ilə birlikdə 1.78 dollara satışa çıxardı.

9- BRIDGEVILLE Qəsəbəsi

Şimali Kaliforniyada olan və 30 evə sahib olan BRIDGEVILLE qəsəbəsi internetdə 3 dəfə satışa çıxdı. Sonda 1 milyon 770 min dollar a satılmışdır.

10- Uorren Baffett ilə nahar yeməyi

Dünyanın ən varlı iş adamlarından olan Uorren Baffet ilə günorta yeməyi yemək istəsəniz bunun üçün yüksək məbləğdə pul ödəməlisiniz. Pulunuzu yeməkdən çox təcrübəyə vermiş olacaqsınız. Uorren Baffett ilə bir nahar internetdə 2 milyon 600 min dollara satılmışdır.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm