Uşaq oyuncaqlarından MİLYONLAR QAZANAN Rayan - VİDEO
Bizi izləyin

Maraq dünyası

Uşaq oyuncaqlarından MİLYONLAR QAZANAN Rayan - VİDEO

Uşaq oyuncaqları sayəsində əldə edilən milyonlar.

Beş yaşlı amerikalı uşaq oyuncaqları sayəsində milyonlar qazanır.

Publika.az xəbər verir ki, Rayan adlı oğlanın anası 2015-ci ildən onun adına “Youtube” kanalı açıb. Həmin vaxtdan da oğlunun oyuncaq oynayarkən çəkdiyi videolarını bu kanalda paylaşır.

İndi Rayana dünyanın ən zəngin uşaq bloggerdir.

Anasının sözlərinə görə, “Youtube”da kanalının olmasını oğlu özü təklif edib.

“Başqa uşaqların videolarına baxıb “mən niyə burada deyiləm?” deyə soruşub. İlk dəfə olaraq qatar-konstrukturu ilə paylaşım etdik və hər şey bununla başladı. Rayanın aylıq gəliri qısa zamanda milyon dolları keçdi”, - deyə anası bildirib.

“Youtube”da qısa zamanda məşhur olmağın mümkünlüyü hər kəsə bəllidir. Rayan isə sadəcə sevdiyi oyuncaqlarını seçir, onlarla oynayır. Bu cür videolar isə uşaqları maqnit kimi çəkir və qısa zamanda baxış sayı artıb. Rayan izləyici sayına görə bir çox cizgi filmlə rəqabət aparmağa hazırdır. “Ryan ToysReView” kanalına baxanların sayı 9.2 milyarddan çoxdur.

Videoların altında oyuncaq firmaları haqqında kiçik informasiyalar yerləşdirilir. Beləliklə həmin videolara nə qədər çox baxış olarsa, oyuncaqların sayı da artır. Rayanın valideynləri isə oyuncaq firmalarından aldıqları qonarardan başqa, “Youtube”la əməkdaşlıq müqaviləsi əsasında da gəlir əldə edirlər. Bu gəlir Rayanın videolarına baxış sayı ilə düz mütənasibdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm