Maraq dünyası
SSRİ haqqında 10 GİZLİ FAKT - - VİDEO

70 il mövcud olmuş SSRİ haqqında faktlar həmişə maraq
doğurub. SSRİ-də həyat, iş, qidalar, yaşayış tərzi və həyatın bütün
sahələrinin necə olduğu haqda müzakirələr yəqin ki, gələcəkdə də
aparılacaq.
Publika.az SSRİ haqda çox az adamın bildiyi 10 faktı təqdim
edir:
1. II Dünya müharibəsi başa çatandan sonra Stalin əmr verdi ki,
SSRİ-dəki şərabların tərkibi məşhur Fransa şərablarının tərkibi ilə
eyni olmalıdır. SSRİ dağılmasına baxmayaraq, həmin vaxtdan istehsal
olunan şərablar bu gün də var.
2. SSRİ-nin məşhur “Pobeda” avtomobili istehsal olunanda ona
“Vətən” adını vermək istəyirmişlər.
3. Sovet İttifaqı həm də kilkə konservləri ilə məşhur idi. Cəmi 33
qəpiyə olan bu konservlərin keyfiyyəti indiki məhsullardan qat-qat
yaxşı idi. Lakin SSRİ vaxtında bu, ən aşağı keyfiyyətə malik olan
məhsul hesab olunurdu. Sadəcə olaraq, ucuz olduğu üçün kütləvi
tələbat yaranmışdı. Ən maraqlısı isə insanların bu konservlərə
verdiyi ad idi: “Qardaşlıq qəbri”.
4. SSRİ-də xalq pendirə “drujba” (dostluq) deyirdi.
5. Məşhur “Slançı” rezin tərliklər istehsal olunduğu şəhərin adını
daşıyırdı.
6. “Alyonka” şokoladları SSRİ-də brend hesab olunurdu. Hətta yüz
minlərlə insan öz qızlarına bu şokoladın şərəfinə Alyonka adını
verirdilər. İş o yerə çatdı ki, sonda uşaqlara bu adın verilməsi
qadağan olundu.
7. “Doktorska” kolbasasının tərkibi yeni istehsal olunanda donuz
əti, yumurta və mal ətindən ibarət idi. Buna görə də çox dadlı
kolbasalar hesab olunurdu. Lakin sonradan kolbasanın tərkibinə
balıq qatmağa başladılar. Hətta bir müddət sonra kağız da qatdılar.
Buna görə də “Doktorska kolbasası tualet kağızı dadır” deyimi
dillərdən düşmürdü.
8. SSRİ-də “tualet kağızı” tapılmırdı. Kimdə “tualet kağızı” var
idisə, hər kəs ona həsəd aparardı.
9. “Skuşonnı maloko”nın tərkibi 90 faiz yağlı süddən ibarət idi.
Ona görə də çox dadlı idi.
10. SSRİ-də iş məsələsi çox vacib idi. Hamı üçün istirahət günü
bircə bazar günü idi. Yeni uşağı olan analar 3 aydan sonra mütləq
işə çıxmalı idi. Yeni il tətili yalnız bir gün idi və hər kəs
yanvarın 1-də işdə olmalı idi.
Asif

-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var