2 FEVRAL
Bizi izləyin

Maraq dünyası

2 FEVRAL

1996-cı il. Azərbaycan gənclərinin ilk Ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

2004-cü il. Türkiyə hökuməti Aralıq dənizi sahilində yerləşən, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edən Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib.


1920-ci il. Erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər. Kənd əhalisinin böyük hissəsi - əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla minədək insan qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm