Avropada bunu etsəz, sizi... - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Avropada bunu etsəz, sizi... - FOTOLAR

Avropada bunu etsəz, sizi...

Biz uşaqlara ictimai nəqliyyatda böyüklərə yer verməyi öyrədirik. Bu jest uşaqların nənə və babalara olan hörməti kimi qəbul edilir. Gənclər ayaq üstdə qalsalar da, yaşlıların istirahətə ehtiyacları olduğundan onlar qocalara yer verməlidir. Əlbəttə, bu qaydaları nəzərə almayan, başının üstündə dayanan yaşlıya fikir verməyənlər də az deyil. Amma heç də bütün ölkələrdə gənclər yaşlılara yer vermir.

Publika.az bunun səbəbini öyrənib.

Əksər Avropa ölkələrində böyüklərə yer vermək kimi bir qayda yoxdur. Yer versəniz, hətta sizdən inciyə bilərlər.

Buna səbəb avropalı nənə və babaların həyat tərzidir. Belə ki, onların əksəriyyəti idmanla məşğul olur, velosipeddən istifadə edir, qaçır, idman zallarına gedirlər. Bunları etməkdə məqsədləri isə sağlam və daha yaxşı görünməkdir.

Bütün bunlardan sonra əgər siz ictimai nəqliyyatda hələ də, onlara yer versəniz, onlar bunu pis görünməklərinə bir işarə kimi qəbul edəcəklər.

Buna görə də, Avropada ictimai nəqliyyatda hər kəs bərabərdir. Əgər kimsə, həqiqətən xəstədirsə və ayaq üstdə dura bilmirsə, o, özü sizdən yer verməyinizi xahiş edəcək. Bu hal isə normal qəbul edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm