• USD 1,7000 0,00% EUR 1,8752 +0,14%
    • GBP 2,1433 +1,26% RUB 0,0265 +0,38%

8 FEVRAL

8 FEVRAL

2013-cü il. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Bu, Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri idi. Bu münasibətlə təşkil olunan mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşib. Peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.

1904-cü il. Yaponiya donanmasının Port-Artur qalasına hücum edərək Rusiya donanmasını məhv etməsi ilə rus-yapon müharibəsi başlayıb (1904-1905). Port-Arturun 322 günlük mühasirəsi zamanı qalanın müdafiəsində azərbaycanlı generallar Səməd bəy Mehmandarovun və Əlağa Şıxlınskinin də mühüm xidmətləri olub.

1922-ci il. ABŞ Prezidenti Uorren Hardinq Ağ Evdə ilk radio cihazını təqdim edib. O, radio ilə müraciət edən ilk Prezident olub.

1952-ci il. II Elizabet Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası elan edilib. O, Birləşmiş Krallıq tarixində ən çox hakimiyyətdə olan şəxsdir.

1971-ci il. Dünyanın texnoloji birjası olan NASDAQ Nyu-Yorkda fəaliyyətə başlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR