9 FEVRAL
Bizi izləyin

Maraq dünyası

9 FEVRAL

1924–cü il. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb.

Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı. 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbit etdi. 1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı il noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kvadrat kilometr) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

1441-ci il. Əlişir Nəvainin doğum günüdür. Özbək əsilli şair, filosof Əlişir Nəvai Nizami Gəncəvinin davamçılarından biri olub. Onun türkçülük və türk dilçiliyi sahəsində böyük xidmətləri var.

1895-ci il. Voleybolun yarandığı gündür. ABŞ-ın Massaçusets ştatının Holiok şəhərində basketbol, beysbol və həndbol elementlərini qarışdıraraq topla oynanılan komanda oyunu icad edilib.

1969-cu il. “Boeing 747” təyyarəsinin ilk uşusu olub. ABŞ-ın “Boeing” şirkəti tərəfindən buraxılan bu təyyarə dünyada ilk genişfüzelyajlı, uzaqməsafəli sərnişin avialayneridir. “Boeing 747” yaradıldığı dövr üçün ən böyük, ağır və tutumlu sərnişin təyyarəsi olub.

Beynəlxalq Stomatoloq günüdür. Stomatoloqların və diş həkimlərinin peşə bayramı kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm