Maraq dünyası
Peyğəmbərin 2 min illik SİRRİ: bu türk kimi, onu öyrənən hər kəs öldürülür - YENİ VİDEO
2009-cu ildə helikopter qəzasında həlak olan
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş
deputatı, Böyük Birlik Partiyasının (BBP) təsisçisi və ilk sədri
Muhsin Yazıcıoğlunun maraqlı görüntüləri ortaya
çıxıb.
Publika.az xəbər verir ki, bu görüntülər
M.Yazıcıoğlunun insanlarla görüşə gedərkən, avtomobildə oturduğu
halda namaz qılması ilə bağlıdır.
Qeyd edək ki, M.Yazıcıoğlunun olduğu helikopterin FETÖ tərəfindən
qəzaya salındığı ehtimal olunur. Həmçinin, iddia olunur ki, onun
öldürülməsinə səbəb “Barnabas İncili” olub.
Məlumata görə, qəza zamanı həlak olan M.Yazıçıoğlunun “Blackberry”
markalı telefonunda “Barnabas İncili”nin fotoları olub. Yazıcıoğlu
bu İncillə bağlı film çəkdirmək istəyirmiş. FETÖ mənsubları həmin
telefonun yaddaş kartını oğurlayıblar.
“Barnabas İncili” İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən
yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən
fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də
Türkiyədədir.
Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə
İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar
var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində İsa
peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər
var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir.
Çünki bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola
bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür.
Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki
orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər
hücumlarla qarşılaşır.
Türkiyəli aktyor və rejissor Ahmet Yenilmez isə öldürülməsindən 15
gün öncə Yazıcıoğlunun ona telefonunda “Barnabas İncili”nin
fotolarını göstərdiyini açıqlayıb.
“Gecə saat 03:30-da mənə zəng etdi. Evinin yanındakı kafedə
görüşdük. Dörd nəfər də var idi. Məndən bir film çəkməyimi istədi.
Qarşıma Aydoğan Vatandaşın (FETÖ-nün əsas adamlarından biri – red.)
kitabını qoydu və “buna ssenari yaz” dedi. Cib telefonunda mənə
“Barnabas İncili”nin fotolarını göstərib dedi ki, “bunu görən hər
kəs ölür, bilirsənmi?”. Yanındakı bir nəfər də “başqanım, siz
görmüsünüzmü?” deyə soruşdu. Yazıcıoğlu da “hazırda görürük”
cavabını verdi. 15 gün sonra onun ölüm xəbəri gəldi”, - deyə o
bildirib.
Onun sözlərinə görə, Abdullah Çatlı, professor Mahmud Esad Coşan və
Muhsin Yazıcıoğlu eyni səbəbə görə öldürülüb: “Abdullah Çatlı da
“Barnabas İncili”ni tapmaq istəyirdi. Onun öldüyü qəzadan 20 dəqiqə
öncə Yazıcıoğluna zəng edərək, “təcili görüşməyimiz lazımdır”
deyib. 20 dəqiqə sonra qəzada öldü, çantası da yoxa çıxdı”.
A.Yenilmez qeyd edib ki, “Barnabas İncili”ndə Məhəmməd Peyğəmbərin
gələcəyi haqda danışılır: “Orada həmçinin, Qurban kəsmək və İsmayıl
Peyğəmbər haqqında da sözlər var. Vatikan bu İncilin ortaya
çıxmasını istəmir. Çünki bu İncil müsəlmanlarla xristianları
yaxınlaşdırır. Onlar isə bunu istəmirlər”.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO