11 FEVRAL
Bizi izləyin

Maraq dünyası

11 FEVRAL

2004–cü il. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, minlərlə yeni iş yerləri açılıb.

2012–ci il. Tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimova vəfat edib (1938-2012). Onun ilk mahnısı “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər sevilən mahların müəllifidir.

1981–ci il. Xalq Artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib (1900-1981). Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

1829-cu il. “Ağıldan bəla” pyesinin müəllifi, rusiyalı diplomat Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib (1795-1829). O, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra Rusiyanın İranda rəsmi səfiri təyin olunub. Tehranda səfirlik binasında sui-qəsd nəticəsində qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm