15 FEVRAL
Bizi izləyin

Maraq dünyası

15 FEVRAL

1989-cu il. Sovet İttifaqı bütün qoşunlarının Əfqanıstandan çıxarıldığını rəsmən elan edib. Bununla da 1979-cu ilin dekabrından davam edən qanlı sovet-əfqan müharibəsi başa çatıb.

1564-cü il. İtalyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri olan Qalileo Qaliley anadan olub (1564-1642). Q.Qalileyin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1991. Çexoslovakiya, Macarıstan və Polşa arasında azad bazar sisteminin qurulması istiqamətində əməkdaşlığa dair Vişeqrad müqaviləsi imzalanıb. Hazırda Vişeqrad qrupuna Çexiya, Slovakiya, Macarıstan və Polşa daxildir.

1999-cu il. Keniyanın paytaxtı Nayrobidə yaxalanan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilərək ölkəyə gətirilib. A.Öcalan məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2010-cu il. Belçika tarixində ən dəhşətli qatar qəzası baş verib. Ümumilikdə 300-dək sərnişin daşıyan iki qatarın toqquşması nəticəsində 18 nəfər həlak olub, 162 nəfər yaralanıb.

2013-cü il. Rusiyanın bir neçə bölgəsində meteorit düşməsi baş verib. Meteoritin zərbə dalğası bir neçə binanın şüşələrini sındırıb. Ümumilikdə mindən çox adam xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm