Maraq dünyası
Dünyanın ən qəribə boşanma səbəbləri
Bəziləri evliliyi sevginin bitdiyi gün kimi
qiymətləndirsələr də, psixoloqların sözlərinə görə, cütlüklər
arasında əsil sevgi evləndikdən sonra başlayır. Ümumiyyətlə,
evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər
olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət
çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar
verirlər.
İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə
hadisə barədə məlumat vermək istəyirik. Oxuyun və ayrılmaq üçün bu
səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.
Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə
öyrəşən kişi evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ondan
mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini
istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət
edib.
Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının
sirri 10 ildən sonra açılıb. Onunla evlənərkən əslində xanımının 30
yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq
qərarına gəlib.
Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə
təsəvvür yaradıb ki, əri onu aldadır. Bu “faktı” əlində bayraq
tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət
edib.
60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün
hekayəsi də olduqca maraqlıdır. 99 yaşlı kişi 1940-ci ildə köhnə
sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb,
məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət
etdi. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.
Fransız bir qadın isə gün ərzində həyat yoldaşı onunla 20 dəfə
cinsi əlaqədə olduğuna görə boşanmaq üçün məhkəməyə müraciət edib.
Məhkəmənin nəticəsində isə ərindən 14.000 dollar təzminat almağa
nail olub.
Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə
birgə getmək qərarına gəlincə təzə gəlin evlilikərinin üçüncü
həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü