Maraq dünyası
Kişilərin gizlincə baxdığı, qadınların qorxduğu ÇILPAQ QIZLARIN OYLAĞI - FOTO/VİDEO
Yarandığı gündən üz qabığında çılpaq fotolarla dərc
olunan “Playboy” jurnalı ötən il imtina etdiyi ənənəsinə yenidən
qayıdır. Jurnalın banisinin 25 yaşlı oğlu Kuper Hefner “əxlaqlı
konsepsiyadan” imtinanı artıq elan edib. Buna səbəb jurnalın
satışının aşağı düşməsi, eləcə də Amerikada insan hüquqları və
Donald Trampın prezident seçilməsidir.
Publika.az xəbər verir ki, “Playboy”un banisi Hyu Hefner
hələ ilk buraxılışda məqsədlərini belə açıqlamışdı: “Playboy” 18
yaşdan 80 yaşa qədər olan kişilər üçündür. Biz istəyirik ki, lap
başdan hər şey aydın olsun: biz ailə jurnalı deyilik. Əgər sizin
bacınız, arvadınız, yaxud qayınananız səhvən bizim jurnalı
götürürsə, zəhmət olmasa jurnalı onun əlindən alın və onlara öz
qadın işlərinə qayıtmağı tövsiyə edin”.
1950-ci illərin əvvəllərində belə bəyanatlar puritan Amerika üçün
inqilab və bir o qədər də təhqiredici idi. Lakin bu mövqe
“Playboy”u ABŞ-da seksual inqilabın zirvəsinə çıxardı, daha sonra
isə bütün dünyada məşhurlaşdırdı.
Lakin “Playboy” pornojurnal deyildi, əks təqdirdə o, mədəni
fenomenə çevrilməzdi. Jurnalda çılpaq fotolarla yanaşı, ağıllı
mətnlər də dərc olunurdu. Misal üçün, jurnalın səhifələrində Cek
Keruaka və Haruki Murakami kimi yazarların hekayələri dərc olunur,
Martin Lüter Kinq, Cimmi Karter, Frenk Sinatroy, Stiv Cobs kimi
məşhur ictimai-siyasi xadimlərin müsahibələri yayımlanırdı.
Çılpaqlıq və intellektual materiallar 50 il jurnalın əsas
prioriteti olub.
2016-cı ildə isə hər şey qəfil dəyişdi və “Playboy” elan etdi ki,
çılpaqlıqdan imtina edir. Radikal dəyişikliyi jurnalın banisi Hyu
Hefner şəxsən bəyəndi.
Jurnalın top-meneceri Skott Flanders bunu belə izah etdi ki, əvvəl
çılpaqlığa görə məşhur idilərsə, XXI əsrdə bununla insanları
təəccübləndirmək çətindir.
“İnternetdə pornoqrafiyanın əlçatan olduğu vaxt heç kim 20
dollarından keçərək, “Playboy” almayacaq. Çılpaqlıq bizim
auditoriyamızı azalda bilər”, - top-menecer belə düşünürdü.
Flandersin arqumentləri əsassız deyildi. 2014-cü ildə jurnal
seksual qızların fotolarını öz saytında yayımlamağı dayandırdı,
bundan sonra trafik dörd dəfə yüksəldi. Həmçinin, auditoriya 47
yaşdan 30 yaşa qədər cavanlaşdı. Portal elan verənlər üçün daha
cazibədar oldu.
Naşirlər konsepsiyanı əvəzləməklə “PG-13” reytinqinə düşməyi
hədəfləyirdi. “Playboy” sonuncu çılpaq nömrəsini 48 yaşlı Pamela
Andersonun dirsəkləri ilə sinəsini örtdüyü fotosu ilə yayımladı.
Növbəti buraxılışda isə MakDeniel Saras Andersonun fonunda olduqca
“günahsız” görünürdü.
Düz bir il “Playboy” belə davam etdi və 14 fevral-sevgililər günü
ərəfəsində Hyu Hefnerin oğlu Kuper keçmiş ənənələrə qayıdışı elan
etdi. 25 yaşlı Kuper jurnalın yaradıcı heyətinin direktorudur.
Keper bildirdi ki, çılpaq qadınlardan imtina etmək aktual deyil,
həm də oxucuları qadın gözəlliyindən məhrum etmək ədalətsizlik
olardı. Dərhal model Elizabet Elamın çılpaq fotosu jurnalın üz
qabığında peyda oldu.
Oğul Keper jurnalın “PG-13” reytinqindən çıxması üçün 2016-cı ilin
oktyabrından mübarizəyə başlamışdı. O hesab edirdi ki, çılpaq
məzmun heç vaxt problem olmayıb, əksinə, bundan imtina satışları
azaldır.
Baxmayaraq ki, bir il ərzində jurnal ABŞ-ın bir neçə min ticarət
nöqtəsində satışa çıxarılmışdı, lakin çılpaq məzmundan imtina
həqiqətən də “Playboy”un gəlirlərini azaltmışdı.
Kuper inandırır ki, iş təkcə qazancda yox, ənənəni saxlamaqdadır.
O, dərin düşüncəli proqramını açıqladı və “Playboy”un yeni
fəlsəfəsini elan etdi.
Kuper atasının işini inkişaf etdirmək qərarına gəlir. Hansı ki,
jurnalın əsas səhifələrində “seks haqqında sağlam danışıq” təbliğ
edilir, eyni zamanda, sosial, fəlsəfə və dini mövzular müzakirə
olunur. Oğul Hefner indiki reallıqları da nəzərə alır. Hesab edir
ki, Obama Amerikasındakı tolerantlıq və azadlıq yenidən bağlanır və
mühafizəkar mövqelər qayıdır. Kuper Tramp Amerikasında cəmiyyəti
müsəlmanların təqib edilməsinə, yaxud LQBT-nin (seksual azlıqlar)
qəbul edilməməsinə qarşı çıxmağa və nəyin bahasına olursa olsun,
intelektual döyüş meydanında öz hüquqlarını müdafiə etməyə çağırdı.
Cəmiyyət, xüsusilə seksual azlıqlar Kuperin çağırışına tez reaksiya
verdilər və onu salamladılar.
Bundan sonra həm də “hüquq müdafiəçisi” kimi çıxış edəcək
“Playboy”un satışlarının necə olacağını isə zaman göstərəcək.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO