Dünyanın ən tıxaclı şəhərləri - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən tıxaclı şəhərləri - - FOTOLAR

Dünyanın ən tıxaclı şəhərlərinin reytinqi tərtib edilib.

Los-Anceles dünyanın ən tıxaclı şəhəri elan edilib.

Publika.az xəbər verir ki, bu barədə "İnrix" şirkətinin analitikləri məlumat verib. 2016-cı il ərzində sürücülər bu şəhərdə 104 saat tıxacda vaxt itiriblər.

Reytinqin ikinci pilləsində Moskva şəhəri qərarlaşıb. Sürücülər bu şəhərdə 91 saat tıxacda oturublar.

Üçüncü pillədə 89 saatla Nyu-York şəhəri qərarlaşıb.

Reytinq cədvəlində San-Fransisko və Kolumbiyanın Boqota şəhəri də yer alıb. Sonra isə ardıcıl olaraq San-Paulu, London, Atlanta, Paris yer alıb. Mayami isə top onluğun sonuncu pilləsində qərarlaşıb.

Amerika şəhərlərinin cədvəldə çoxluq təşkil etməsini ekspertlər ABŞ-da iqtisadi stabillik, əhalinin məşğulluq səviyyəsi və ucuz yanacaq qiymətləri ilə izah ediblər.(ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm