• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dünyanın unikal layihələrindən biri Azərbaycanda - “Chenot Palace”

  • Maraq dünyası
  • Xəbərin vaxtı: 27 Fevral 2017 17:48    Yeniləndi: 28 Fevral 2017 20:20
  • 3 669 Baxış
Dünyanın unikal layihələrindən biri Azərbaycanda - “Chenot Palace”

Yaxşı bilirik ki, düzgün qidalanmaq, mütəmadi olaraq idmanla məşğul olmaq, həmçinin dərinin qeydinə qalmaq insan sağlamlığı üçün son dərəcə vacib amillərdəndir. Təəssüf ki, hər kəsin buna əməl etməyə səbri, imkanı, zamanı olmur və ya həvəsi çatmır. Xoşbəxtlikdən bütün bu problemlərin çıxış yolunu tapan və biliklərini hər kəslə paylaşan insan və onun unikal layihəsi olan hotel var. Sevindiricidir ki, dünyanın azsaylı ölkələrində (İtaliya, Yunanıstan, Mərakeş, Koreliya Respublikası və s.) olan “Chenot Palace ” sağlamlıq və gümrahlıq mərkəzinin biri də artıq Qələbədədir.

Publika.az bu gün oxucuları sağlamlıq və gümrahlıq mütəxəssisi - Anri Şenonun nadir və çox şəxsi layihəsi olan “Chenot Palace Health Wellness Hotel”in (Şenot Sağlamlıq və Gümrahlıq Mərkəzi) özəlliyi ilə tanış edəcək.

Фото Chenot Palace Health Wellness Hotel.

Müasir sağlamlıq mərkəzi

Yəqin ki, çoxlarınız heyranedici Qəbələ dağlarının möhtəşəm şam ağaclarının sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşən “Chenot Palace” sağlamlıq mərkəzinin açılması barədə eşitmisiniz. Buranın ecazkar gözəlliyi qonaqları heyran edir, həm də adıçəkilən mərkəz sakitlik və enerjinin unikal kombinasiyasını təklif edən ideal bir məkandır. Müasir tibb mərkəzinin bütün quruluşundan tutmuş dekorasıyası və mebellərinə qədər hər bir detal sağlamlığın möhkəmlənməsinə, əhval-ruhiyyənin yaxşılaşdırılmasına həsr olunub.

Anri Şeno kimdir?

“Mən uşaqlıqda keşiş olmaq istəyirdim, insanlarla ünsiyyət qurmağı və onlara müəyyən yardım göstərməyi həmişə sevmişəm. Müəyyən mənada indiyə qədər bu işlə məşğulam”.

Фото Chenot Palace Health Wellness Hotel.

Cənab Şeno sağlam qidalanma üzrə mütəxəssis hesab olunur. Şeno sadəcə, insanlara düzgün qidalanma haqqında məsləhətlər verən və buna görə pul alan adi diyetoloq deyil. O, insan sağlamlığı və uzunömürlülük məsələləri ilə məşğul olan ciddi alimdir və bu barədə çoxlu kitablar yazıb. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi – təbabət) ilə məşğul olan Anri Şeno insan orqanizmində baş verən dəyişiklikləri, bioloji prosesləri araşdırması nəticəsində biontologiya elminin əsasını qoyub. Habelə o, bütün təcrübə və biliklərinin bəşəriyyətə çatdırılması üçün çalışır. Bu da təsadüfi deyil. Axı Anri Şenonun ən ali məqsədi insanlara yardım etmək, sağlam həyat tərzini dünyaya yaymaq və insanları zərərli qidalanma nəticəsində yaranmış xəstəliklərdən xilas etmək, dolayısı ilə bəşəriyyətin xoşbəxt gələcəyinə nail olmaqdır. Bununla belə Şeno xəbərdarlıq edir ki, sağlamlığı qorumaq və formada qalmaq üçün ağır pəhrizlərlə arıqlamağa çalışmaq lazım deyil. Ən vacibi sizin səhhətiniz və fərdi xüsusiyyətləriniz ilə uyğun olan ideal çəkiyə nail olmaqdır. Bunlarsa heç də eyni şey deyil.

Odur ki, “Chenot Palace Health Wellness Hotel” şəhərin səs-küy və qayğılarından uzaqlaşmaq, gündəlik həyatın bizdən aldığı enerjini bərpa etmək, güc və enerji toplamaq üçün mükəmməl bir yerdir. Yeni məkanın açılması ilə birgə burada terapevtik yanaşma da genişlənib. Tibbi Spa mərkəzi 6000 kvadrat metri əhatə edir və bura ən son texnologiyalara uyğun diaqnostik texniki avadanlıqlar ilə təchiz edilib. Güclü və unikal Şeno metodu müalicə protokolları hər bir qonağa onun şəxsi gümrahlığına uyğun olaraq individual proqramla təmin etməyə imkan verir.

Фото Chenot Palace Health Wellness Hotel.

Mərkəzdə fiziki gümrahlıq üçün təchiz olunmuş qabaqcıl metabolizmin optimallaşdırılmasına nail olan Metabolizm Laboratoriyası ilə birgə təkmil İnsan Fəaliyyəti Şöbəsi; bütün bədənin krioterapiyası üçün -110° C-lik kriokamera; fitnes skrinninq üçün İdman Laboratoriyası, Anti-qravitasiya texnologiyaları və Normobaric Hipoksik (azaldılmış oksigen) mövcuddur.

Analoqu olmayan layihənin əsasında nə dayanır?

İndividual Gümrahlıq proqramı məhz Doktor Anri Şenonun 45 ildən daha uzun bir müddətdə təkid və səylə çalışmasının nəticəsidir. Bu metod şəxsin tam həyati harmoniyasını təmin etmək üçün onun bədəni, zehni və emosiyaları üzərinə diqqətimizi yönəltməyə əsaslanır.

“İnsanlar uzun müddət yaşayırlar və onlar öz fəaliyyətlərini gəncliklərində olduğu vəziyyətdə saxlamağa ehtiyac duyur. Bizim əsas məqsədimiz insanları bütün hüceyrələrin bir-birilə harmoniyada olduğu, həyat enerjisi ilə dolu və tam funksional gümrah bir bədənlə təmin etməkdir. Bu, bizim qürur, peşəkar qayğı və komanda ruhu ilə həyata keçirdiyimiz bir məqsəddir. İllər boyunca, bu prinsip bizi qısa zaman müddətində tətbiq olunan güclü müalicə protokollarının unikal təsirini yaratmağa imkan verdi. Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr, həyat tərzini fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur”, - deyə doktor Anri Şeno bildirir.

Фото Chenot Palace Health Wellness Hotel.

Mütəxəssis onu da əlavə edir ki, şirniyyatlar vasitəsilə qlükozanın artıq qəbulu nəticəsində qlikemik yağlar yaranır. Eyni zamanda hər bir məhsulun bol istehlakı da sağlamlıq üçün çox zərərlidir və yağların toplanmasına kömək edir: “Bizim mərkəzdə sadəcə menyunun düzgün tərtib edilməsi öyrədilmir, qonaqlar digər qidaların qəbulu vərdişlərinə də yiyələnir. Beləliklə bir neçə həftədən sonra siz başqa həyat tərzinə alışırsınız. İnsanlar burada öyrəndiklərinə o qədər alışır ki, “köhnə həyata qayıtmaq” onlara problem yaratmır. Yadda saxlamaq vacibdir ki, mərkəzimiz dözülməz həbsxana və dadsız yeməklərin verildiyi xəstəxana deyil. Məsələn, həyat yoldaşımla həmişə özümüzə dincəlməyi rəva bilirik, çünki bu, orqanizm üçün çox əhəmiyyətlidir. Həftədə bir dəfə özünə hər şeyi icazə verə bilərsən. Mən qırmızı şərab olmadan yaşaya bilməzdim, amma ondan sui-istifadə etmirəm”.

Klinikada nə öyrədilir?

Şeno üsulu insanların mümkün qədər gənc qalmasına, sağlam bədən və dərrakəni qorumaqla onların enerji kanallarının və bədən funksiyalarının canlandırılmasına kömək etmək üçün yüksək keyfiyyətli texnologiyaya və sübutlara əsaslanan elmə müraciət edir. Anri Şenonun fikrincə, qocalma prosesi orqanizmin birbaşa çirklənməsi ilə bağlıdır. Uzun illər ərzində qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə toksinlər meydana gəlir, əraf mühit amillərinin təsiri və həyat tərzi isə enerji balansının pozulmasına gətirib çıxarır. Ona görə də sağlamlığın bərpası prosesi orqanizmin təmizlənməsi ilə başlanmalıdır.

A.Şenonun müalicə metodu fərdidir. Detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni hotel öz müştərilərinə xüsusi müalicə proqramları təqdim edir. Yeni Şeno Qabaqcıl Tibbi Diaqnostikası, ixtisaslaşmış tibbi mütəxəssislərimizin holistik və sistematik metodlardan istifadə edərək həyata keçirdikləri yoxlamalar sayəsində sağlamlıq vəziyyətini qiymətləndirməsi və qonaqların ehtiyaclarını aşkar edərək, fərdi müalicə planı yaradılır. İcbari tibbi müayinəyə orqanizmin həyati funksiyalarının nə vəziyyətdə olması, ürək-damar xəstəlikləri riski, enerji dövranı, hormonal balansın intoksikasiyanı səviyyəsinin, bədən kütləsinin ölçülməsi daxildir.

Düzgün diaqnoz çox mühüm olan hərtərəfli yanaşmadan sonra təyin olunur və bu, qonaqların fərdi gümrahlıq vəziyyəti barədə məlumatlı olmağa imkan verir. Məhz bunun əsasında fərdi müalicə planı hazırlanır. Nəzərdə tutulan müalicə prosedurları orqanizmi özünün daxili müalicəsini əmələ gətirməyə sövq edir və enerjililik, funksionallıq, daxili harmoniya ilə özünü göstərir.

İlkin tibbi müayinələrin əsasında xəstəyə müvafiq detokstasiya pəhrizi, bionergetik prosedurlar, su müalicəsi, vibro masajlar və xüsusi fitnes-proqramı tövsiyə olunur. Qonaqları bu gümrahlaşma yolunda Avropanın yüksək səviyyəli tibbi mütəxəssisləri müşayiət edir. Mərkəzin komandası aktiv olaraq dünyanın ən tanınmış beynəlxalq tibbi konqreslərində təqdim olunan ən son tədqiqatlarda iştirak edir və öyrənirlər.

Detokstasiya

Фото Chenot Palace Health Wellness Hotel.

Şeno müalicə proqramlarının əsas komponentlərindən biri pəhrizdir. İlk növbədə xəstəyə orqanizmi təmizləyə bilən az kalorili qida rasionundan ibarət fərdi pəhriz təyin olunur. Pəhrizin əsas menyusunu çoxlu meyvə və tərəvəz təşkil edir. Müalicənin ayrılmaz hissəsi olan Şeno pəhrizi göstərir ki, individual gümrahlıq yalnız ən yaxşı inqredientlərdən asılı deyil. Bu, eləcə də, kalori sıxlığından, qida dəyərindən, unikal hazırlanma üsulu, zərif dad və incə təqdimatı özündə birləşdirən bişirmə prosesindən asılıdır. Pəhriz, orqanizmin təmizlənməsi və balanslaşdırılması üçün çox mühüm əhəmiyyətə malikdir. O, yaşlanmaya və iltihaba qarşı fəaliyyətə malik hüceyrələrin bərpasını stimulyasiya edir. Pəhriz və müalicə prosedurlarının kombinasiyası daxili və xarici gümrahlığı yerinə yetirir.

Masaj

Фото Chenot Palace Health Wellness Hotel.

Növbəti müalicə mərhələsini orqanizmdə toxumaların tonusunu qaldıran enerji masajı gəlir. Drenaj masaj çox vaxt şüşə bankalardan istifadə etməklə tətbiq olunur. Hüceyrələrin işinin stimullaşdırılması üçün bu prosedurlarda efir yağlarının qarışığı və cövhərləri istifadə edilir.

Efir yağlarının təsiri haqqında

Efir yağları vaxtından əvvəl qocalmanın qarşını almaq üçün çox effektli vasitələridir. Lakin “Chenot” müasir sağlamlıq mərkəzinin yağları keyfiyyətinə görə digərlərindən kəskin fərqlənir. Onlar yüksək səviyyəli laboratoriya sınaqlardan keçirilir. Ümumiyyətlə, Şeno və həyat yoldaşının sevimli mövzularından biri də mərkəzdə təklif olunana efir yağlarıdır.

Фото Chenot Palace Health Wellness Hotel.

Yeri gəlmişkən, Anri Şenonun xanmı Dominik Şeno mərkəzdə pəhriz və kosmetologiya məsələlərinə görə cavabdehlik daşıyır: “İnsanların apteklərdən bir neçə dollara aldığı efir yağlarının heç bir dəyəri yoxdur. Balaca bir butulka təbii efir yağı hazırlamaq üçün tonlarla qızılgül ləçəyi toplamaq lazımdır. Və qətiyyən şişirtmirəm. Satışda olan yağların çoxu təbii deyil, onlar dəriyə hopmurlar. Əsl efir yağları insan orqanizminə dərhal hopur. Əgər siz biləyə bir damcı təbii efir yağı çəksəniz, 7 dəqiqədən sonra o sizin sağ böyrəyinizdə olacaq və profilaktik işə başlayacaq. Süni yağlarla bunu etmək sadəcə, mümkün deyil. Ona görə də “Chenot” kosmetikaları ilə həyata keçirilən proseduralar gözlənilən nəticələr verir. Bizim çoxillik təcrübələrimiz göstərir ki, efir yağları ilə iş kiçik möcüzələr yaratmağa imkan verir”.

Su müalicəsi və fitnes

Фото Chenot Palace Health Wellness Hotel.

Şenot sağlamlıq mərkəzinin kursuna su ilə müalicə metodu da daxildir. Hansı ki, bu, orqanizmdə maye dövranının fəaliyyətini bərpa etməyə yönəlib.

Фото Chenot Palace Health Wellness Hotel.

Bundan başqa, fərdi məşqçinin nəzarəti altında keçirilən fitnes-proqramı da Şeno müalicəsinin vacib mərhələsini təşkil edir. Proqrama piyada gəzintisi, velosiped və katamaran daxil ola bilər. Bu baxımdan Qəbələ mənzərəsinin bəxş etdiyi rahatlıq hissi insanları gəzintilərə çıxmaq və qaçış kimi fiziki hərəkətlər yerinə yetirməyə həvəsləndirərək həyat enerjilərini artırmağa sövq edir. Açıq hovuz mükəmməl bir rahatlıq ab-havası yaradır.

Şeno müalicəsinin faydaları

Şeno metodunda ən başlıca cəhət ondan ibarətdir ki, müalicə kursunu keçdikdən sonra əldə edilən gözəl nəticə uzun illər qorunub saxlanılır. Bu, onunla şərtlənir ki, kursun sonunda müştərilərə sonrakı dövr üçün hazırlanan, habelə sağlamlığının qorunması üçün fərdi tövsiyələr və diyetoloq proqramı yazılır.

Фото Chenot Palace Health Wellness Hotel.

Proqram nəinki orqanizmin fiziki vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur, həm bədən, həm də ruhu harmoniya doğru aparır. Təbii material və rənglər sayəsində “Chenot Palace Health Wellness Hotel”-i onu əhatə edən təbiətlə harmoniyaya uyğunlaşır. Onun axıcı formaları və işıqları harmoniya və rahatlıq hissi bəxş edir. İnteryer dizayn, hətta onun ən kiçik detalları belə təbiətdən ilhamlanıb. Böyük pəncərələr mənzərəli görünüşlə təmin edilir, təbii ağacdan hazırlanmış döşəmələr və sadə dizayn olunmuş mebel yüngüllük hissi verərək mülayim, qayğıkeş və ilhamverici bir atmosfer yaradaraq qonaqların tam rahatlığı və bərpasını yerinə yetirir.

Фото Chenot Palace Health Wellness Hotel.

Hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici və daxili sahəsini birləşdirir. Dövrümüzdə dəbdəbənin əsas mahiyyətinin fiziki və zehni gümrahlıqla heç bir əlaqəsi yoxdur. Lakin, həyatımızın keyfiyyətini və orqanizmimizin funksionallığını uzunmüddətli bərpa etmək imkanımız var. Buna görə də öz gümrahlığının qayğısına qalan və sağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən “Chenot Palace Health Wellness Hotel”-ə güvənə bilər.

İstirahət və tibbi konsultasiyaların qiymətləri:

Fundamental Detox Henri Chennot proqramı - 7 gecəlik adambaşına-2800 avro üstəgəl konsultasiyalar 200 avro;

Advanced Detox Henri Chennot proqramı - 7 gecəlik adambaşına 3200 avro üstəgəl tibbi konsultasiyalar 200 avro;

Preventation and Aging Well Henry Chennot proqramı - 7 gecə adambaşına 4100 avro üstəgəl tibbi konsultasiyalar 200 avro;

Recovery from stress and Re-energising Henri Chennot proqramı - 7 gün adambaşına 4400 avro üstəgəl tibbi konsultasiyalar 200 avro;

Metobolic Optimizing for Weight loss Henry Chennot proqramı - 14 gecəlik adambaşına 7400 avro üstəgəl tibbi konsultasiyalar 200 avro;

3-Day active Detox proqramı - 3 gecəlik adambaşına 1050 avro üstəgəl tibbi konsultasiyalar 80 avro.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR