Zirehli texnika düzəltdi, hüququnu tapdayan məmurların başına OYUN AÇDI - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Zirehli texnika düzəltdi, hüququnu tapdayan məmurların başına OYUN AÇDI - - VİDEO

ABŞ-lı Marvin Himeyer öz şəhərinə 5 milyon dollar zərər vurub.

ABŞ-ın Kolorado ştatının Qrenbi şəhərində yaşayan Marvin emalatxana sahibi idi, evi isə zavod yaxınlığında yerləşirdi. Müəssisə ərazisini Marvin və qonşularının torpağı hesabına genişləndirməyə qərar verilir. Vaxt keçdikcə Marvinin qonşuları torpaq sahələrini satdılar, lakin o, qəti şəkildə evini satmaq niyyətində deyildi.

Belə olduğu halda yerli hökumət ona qarşı müharibəyə başlayır: evə gələn kommunikasiya xətləri kəsilir, işıq verilişi dayandırılır... Yerli bank onu cərimə ilə təhdid edərək ipoteka kreditini qaytarması üçün tələsdirir.

Elə bu zamanlar Marvinin atası vəfat edir. Dəfn mərasimindən evə qayıdan Marvin emalatxanasına qapanır və daha sonra oradan şəxsən hazırladığı zirehli buldozerlə çıxır.

Kişi zavod, meriya, bank binalarını dağıtmağa başlayır. Dağıdılan binalar arasında məmurların evləri də yer alıb, bununla belə sadə insanların evlərinə zərər dəyməyib. Marvinin özünəməxsus tankına qumbaralar da təsir etməyib, bununla belə kişinin özü içəridən atəş açıb.

Sonda buldozer dayandı, lakin polislər tələ qurulduğundan ehtiyatlanaraq uzun müddət maşının kabinəsinə yaxınlaşmayıblar. Nəhayət içəriyə nəzər salan zaman Marvinin öldürü məlum olub. O, son gülləni özünə vurub.

Marvin tərəfindən dağıdılan zavod bərpa edilmədi. Kolorado qubernatoru vəziyyəti təsvir edərkən şəhərdən sanki qasırğa keçdiyini söyləyib.

(interaztv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm