Elm aləmində BİR İLK: ananın iştirakı olmadan İNSAN YARADILIR
Bizi izləyin

Maraq dünyası

Elm aləmində BİR İLK: ananın iştirakı olmadan İNSAN YARADILIR

Ananın iştirakı olmadan İNSAN YARADILIR

Alimlər ilk dəfə ana bətnindən kənarda embrion yaradıblar.

Publika.az xəbər verir ki, bu yeniliyə Kembric Universitetinin alimləri imza atıb.

Onlar siçanlardan alınan kök hücreyrə ilə dünyada ilk dəfə "süni embrionları" yaratmağı bacarıblar.

Alimlər bunun üçün iki tip kök hüceyrə və üç ölçülü quruluş körpüsü (skafold) adı verilən, hüceyrə və toxuma meydana gəlməsini dəstəkləmək üçün dam vəzifəsini icra edən bioloji material istifadə edərək, təbii bir siçan rüşeyminə çox bənzəyən bir forma əldə ediblər.

Əvvəllər də bu üsul dəfələrlə tətbiq edilsə də, uğurlu nəticə əldə olunmamışdı. Çünki embrionun inkişafı üçün fərqli hüceyrələrin bir-biriylə koordinasiya olunması lazım idi.

Alimlər hesab edirlər ki, əldə olunan bu yenilik sonsuzluğun müalicəsində köməkçi olacaq. Sınaq şüşəsi insanın iştirakı olmadan embrionu saxlamaq imkanı var. Lakin sınaq şüşəsinin insan bədəni kimi embrionun inkişafı üçün lazımı imkanları verəcəyi tam dəqiqləşməyib. Çünki insan bədəninin emrionun inkişafı üçün təmin etdiyi imkanların bir çoxu hələ elm aləmdə tam bəlli deyil.

Tədqiqatçılar sınaq şüşəsində rüşeymin inkişafını bir neçə mərhələyə bölür. Hər bir dövrdə embrionun inkişafı tədqiq edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm