Əl sıxaraq ölüm riskinizi öyrənin!
Bizi izləyin

Maraq dünyası

Əl sıxaraq ölüm riskinizi öyrənin!

5 kiloqram güc itkisi erkən ölüm riskini 16 faiz artırır.

Kanadalı elm adamları əl sıxmaqla ürək-damar xəstəlikləri riskini öyrənməyin mümkün olduğunu açıqlayıblar.

Alimlər bildiriblər ki, dinamometr aləti sayəsində əl sıxaraq əzələlərin gücünü ölçmək və bununla da ürək-damar xəstəliklərinə yaxalanma, hətta erkən ölüm riskini müəyyənləşdirmək mümkündür.

17 ölkədən 35-70 yaşındakı 140 mindən çox insanın iştirak etdiyi araşdırma sübut edib ki, 5 kiloqram güc itkisi erkən ölüm riskini 16 faiz artırır.

İnsanın əl əzələləri nə qədər güclüdürsə, ürək damar xəstəliklərinə yaxalanma riski bir o qədər az olur.

Elm adamları "dinamometr testi"nin hələlik, təcrübə mərhələsində olduğunu, ancaq gələcəkdə bu üsulun təzyiqin ölçülməsində daha etibarlı nəticə verə biləcəyini iddia edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm