Xatunun uşağı ürəyi çöldə doğuldu - - FOTO
Bizi izləyin

Maraq dünyası

Xatunun uşağı ürəyi çöldə doğuldu - - FOTO

Ailə körpənin ektopia kordis adlı nadir rast gəlinən xəstəliklə doğulduğunu öyrənincə şok yaşayıb.

Hindistanda 28 yaşlı Tazmina Xatun adlı qadın ilk uşağını dünyaya gətirib.

Publika.az xəbər verir ki, ailə körpənin ektopia kordis adlı nadir rast gəlinən xəstəliklə doğulduğunu öyrənincə şok yaşayıb.

Ürəyi çöldə doğulan körpəni həkimlər əməliyyat ediblər. Körpənin ürəyi təcili əməliyyatla sinəsinin içinə qoyulub və onun həyatı xilas edilib. Ancaq daha böyük bir əməliyyat keçirməsi vacib olan körpə başqa bir xəstəxanaya köçürülüb.

Anası Tazmina hamiləliyi boyunca hər hansı bir problem yaşamadığını söyləyib. doğuma qədər körpənin xəstəliyi bilinməyib.

Qeyd edək ki, ektopia kordis ürəyin sinə xaricində inkişafı ilə ortaya çıxan genetik bir xəstəlikdir.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm