Maraq dünyası
21 MART
1906-cı il. Azərbaycanın Xalq Şairi, dramaturq, ictimai xadim, akademik Səməd Vurğunun doğum günüdür (1906-1956). O, Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb. “Azərbaycanın Xalq Şairi” fəxri adına ilk dəfə Səməd Vurğun layiq görülüb.
2010-cu il. BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
1685-ci il. Dahi alman bəstəkarı və orqan musiqiçisi İohann Sebastyan Baxın doğum günüdür (1685-1750).
O, çoxsəsli (polifonik) musiqinin “atası” sayılır. Bax ayrı-ayrı musiqi alətləri, eləcə də duetlər və kişi ansamblları üçün musiqilər yazıb. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1999-cu il. Martın 21-i Dünya Poeziya Günü kimi qeyd edilir.
Dünya Poeziya Günü dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə 1999-cu ildə UNESCO tərəfindən təsis edilib.
2013-cü il. BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Meşə Günü elan edib. Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülüb.
2006–cı il. Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə martın 21-i həm də Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. Sindrom onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə belə adlandırılıb.
1963-cü il. Məşhur Alkatras həbsxanası rəsmən bağlanıb. Bütün tarixi ərzində heç bir məhkumun qaça bilmədiyi bu həbsxana ispan tədqiqatçısı Xuan de Ayyala tərəfindən kəşf olunmuş La Isla de los Alcatraces adasında 1775-ci ildə inşa edilib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK