Dövlət xadimlərini qoruyacaq ayaqqabı hazırlandı - - FOTO
Bizi izləyin

Maraq dünyası

Dövlət xadimlərini qoruyacaq ayaqqabı hazırlandı - - FOTO

Bunu geyinən 50 faiz qoruma altındadır.

Türkiyənin Şanlıurfa şəhərində xüsusi təhlükəsizlik işçisi – 38 yaşlı İbrahim Xəlil Poz dövlət xadimləri üçün xüsusi ayaqqabı hazırladığını bildirib.

İbrahim Xəlil dövlət məmurlarının xüsusilə terrorun ağırlıq təşkil etdiyi bölgələrə səfərləri zamanı bu ayaqqabını geyinməyin xüsusi əhəmiyyəti olduğunu qeyd edib: “Ayaqqabı Beynəlxalq Qoruma Sistemini (GPS) əhatə edən xassəyə malikdir. Bundan başqa, masaj, soyutma və isitmə sistemi ilə də təmin olunan ayaqqabı geyinilmiş halında onu geyinən şəxsi gözləyən təhlükələr haqqında komputerə məlumatlar ötürür. Ayaqqabının bombalı hücumlara qarşı həssaslığı var”.

“Jammer 2023” adı verilən ayaqqabını 8 ay müddətində 500 lirə (250 AZN) başa gətirdiyini bildirən İbrahim Xəlil ayaqqabının istehsalına başlamaq üçün dövlətdən və özəl şirkətlərdən dəstək istəyir: “Daha əvvəllər də 10 müxtəlif kəşf-layihə hazırladım. İndi isə dövlət böyüklərimizin qorunmasına yönəlmiş bir çox xüsusiyyətə malik ayaqqabını hazırlamışam. “Jammer 2023” modeli adını verdiyim ayaqqabı hər hansı hücuma qarşı 50 faiz qoruma təminatı verir. Bu, bürokratlar, millət vəkilləri, yüksək vəzifəli dövlət rəhbərləri üçün hazırlanmış bir layihədir. Olduqca mükəmməl bir texnologiyaya malik olan bu ayaqqabı dövlət böyüklərimizin təhlükəsizliyinə yarayacaq. Bunu geyinən 50 faiz qoruma altındadır”. (metbuat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm