• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Bu da OLDU: bir ayağı gorda olan 90 yaşlı kişi cinsini dəyişdi - FOTO

Bu da OLDU: bir ayağı gorda olan 90 yaşlı kişi cinsini dəyişdi - FOTO

Böyük Britaniyada 90 yaşlı kişi cinsiyyətini dəyişdirib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, Piter Deyvis adlı kişi II Dünya Müharibəsi veteranıdır. Maraqlıdır ki, müharibənin od-alovundan – “kişilik məktəbi”ndın keçən Deyvisin qadınlıq arzuları heç vaxt ölməyib. O, lap uşaqlıqdan özünü başqa oğlanlar kimi hiss etməsə də bunu etiraf etməyə qorxub. Sonralar əsgərlikdə də hisslərini gizli saxlamağa məcbur olub. Çünki həmin dövrdə onun bu “tərəf”i üzə çıxsaylı, elektroşok müalicəsi və ya həbs cəzası ilə üz-üzə qalacaqdı.

Çoxları bu yaşda cinsini dəyişmək nəyə lazımdır desə də, Piter əl-ayağını uzadıb ölməyini, bununla da arzusunu ürəyində qoymaq istəmədiyini deyib. “Heç vaxt heç nəyə gec deyil” - deyən veteran nəhayət arzusunu yerinə yetrirməklə xoşbəxt olduğunu bildirib. Cinsiyyətini dəyişdikdən sonra isə Piter Deyvis özünə Patrisiya adını götürüb.

Şəfiqə ŞƏFA

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR