Bu yazını oxuyandan sonra bir də metroya MİNMƏYƏCƏKSİZ: yer altının QƏRİBƏ FƏSADLARI
Bizi izləyin

Maraq dünyası

Bu yazını oxuyandan sonra bir də metroya MİNMƏYƏCƏKSİZ: yer altının QƏRİBƏ FƏSADLARI

“Sss! Sakit! Ölüləri oyatmaq olmaz...”

Metrosuz, yəqin ki, müasir şəhərləri təsəvvür etmək olmaz. XX əsr meqapolislərinin ən əsas yaraşığı yerin altından keçən qatarlarının olmasından başlayırdı. Elə bu əsrdə də mövcud metroların yenilənməsi, daha komfortlu vəziyyətə gətirilməsi üçün çox işlər görülür. Amma bütün bunlara rəğmən metronun mənfi tərəfləri də var.

Publikaz.az insanın metro ilə bağlı psixi narahatlıqlarına nəzər salıb.

Sirr deyil ki, insanın fizioloji dəyişikliyə məruz qalması onun psixi durumuna sirayət edir. Bu dəyişikliyə isə ətrafımızı saran bir çox amillər – hava durumu, ev və işdəki vəziyyət, başqa insanlarla anlaşma və s. səbəb olur. Bunların arasında gündəlik həyatımızın bir hissəsi olan nəqliyyatı da unutmamalıyıq. Xüsusən də metronu. Hər bir şəhər insanı metrodan yararlanır. Düzü, ayırd etmək çətindir: burada yararlanan insandır, ya metro?! Onda, belə deyək “hər insan metrodan istifadə edir”.

Psixoloqlar metronun insana təsirinin ilk baxışdan çox qabarıq bəlli olmadığını deyirlər. Düşünürük ki, yerin üstündəki tıxaclardan, havaya buraxılan tullantı qazlardan, kəsişən, təhlükəli yollardan xilas olub metronun yalnız uğultusundan qulağımızı yağır edirik. Hələ relslərin səsindən xumarlananlar da tapılır. Amma təəssüf ki, bu nəqliyyat növü insana daha çox mənfi təsir edir.

Ən əsası, yeraltının özünün insan şüurunda hələ qədimdən qorxu yaratdığı məlumdur. Çünki lap qədimdən yerin altı qaranlıq qüvvələrə və ölülərə aid olan məkan kimi düşünülür. Yunan əsatirlərində yeraltı dünya ölülər məskəni kimi ətraflı təsvir edilir, buranın özünə aid tanrısı da olub – elə məhz AİD. Psixoloqlar deyirlər ki, insan bu barədə düşünməsə belə əcdadlarından “hədiyyə” aldığı geni vasitəsilə ani olaraq xəyalına yerin altı ilə bağlı qorxulu fikirlər gətirir. Xüsusən də bu hiss eskalatorla aşağı düşən zaman özünü büruzə verir. Yəni insan özü öz ayağı ilə yerin altına gedir. Şüur anlayır ki, “başqa dünya”ya düşür. Bir tərəfdən də günəşin, mavi səmanın, küləyin olmaması orqanizmi bir az da sıxıntıya salır. Sanki bir daha gün üzünü görməyəcəkmiş kimi içinə qorxu düşür. Yəni bütün bunlar insanın özündən xəbərsiz baş verir. Biz bəlkə də dostlarla deyib gülə-gülə metro ilə gedirik, amma olan orqanizmə olur.

Deyib-gülmək demişkən, ümumiyyətlə, metroda nadir hallarda səsli-küylü dəstələrə rast gəlmək olar. Adətən, yerin üstündə xoşbəxt simalı, danışan, əylənən insanlara rast gəlinir, hətta gənclərin zarafatlaşmağı da adama xoş gəlir. Metroda isə əksinə olur. Fikir vermisinizsə, metroda ucadan danışan adamlara tərs-tərs baxılır, deyib-gülən gənclər qınaq dolu sifətlərə tuş gəlir. Sanki burda yeraltı dünyanın qanunları qeyri-ixtiyari olaraq işə düşür: “Sss! Sakit! Ölüləri oyatmaq olmaz...”

Qədim Avropada belə bir inanc olub: əgər şənlənən, deyib-gülən kütlə arasındasansa, bu xeyirə əlamətdi, əksinə - qaraqabaq kütlə arasında olmaq bədlik gətirər.

İnancları bir yana qoyub reallığa nəzər salanda da metronun fəsadlarını görmək mümkündür. Yerin altına düşdükcə oksigen azlığı, müxtəlif geopatoloji zonalarda kəsişmə, yeraltı rütubət insan səhhətinə ziyansız ötüşmür. Maraqlıdır, görəsən bu uzun müddət metroda işləyən adamlara necə təsir edir?

Daha bir qəribə fakt var: metro psixi cəhətdən zəif adamları maqnit kimi özünə çəkir. Təəssüf ki, bu fakt hələ ki müəmma olaraq qalır. Ümumiyyətlə, metro ilə bağlı araşdırmalar çox az aparılır.

Güman ki, gec-tez mütəxəssislər bunu üzə çıxaracaq və metronun insan orqanizminə ziyanlı təsrinin qarşısının alınmasında müsbət nəticəsini göstərəcək.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm