71,2 milyon dollarlıq üzük - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

71,2 milyon dollarlıq üzük - FOTOLAR

"Çəhrayı Ulduz" 71,2 milyon dollara satıldı.

59,6 karatlık "Çəhrayı Ulduz" adlı briliyant üzük Honq Konqda keçirilən hərracda 71,2 milyon dollara satıldı.

Publika.az xəbər verir ki, bu günə qədər hərracda ən yüksək qiymətə satılan zinət əşyasının sahibi Chow Tay Fook adlı cəvahirat firması olub.

Hon Konqda yerləşən ləl-cəvahirat firması hərraca telefon bağlantısı ilə qoşulub.

De Beers şirkəti tərəfindən 1999-cu ildə Cənubi Afrika mədənlərindən çıxarılan "Çəhrayı Ulduz" adlı üzüyə 60 milyon dollar qiymət qoyulmuşdu.

132,5 karat olan almazın cilalanması 20 aydan çox zaman alıb.

Keçən il İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılan 14,62 karatlık mavi brilyant 57,5 milyon dollara satılaraq dünyanın ən bahalı üzüyü olmuşdu.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm