Yaxşı ər axtaranlar, Kazanova olmaq istəyənlər üçün DÜNYA ULDUZLARINDAN DƏRS
Bizi izləyin

Maraq dünyası

Yaxşı ər axtaranlar, Kazanova olmaq istəyənlər üçün DÜNYA ULDUZLARINDAN DƏRS

Dərslərə giriş haqqı ulduzun tanınma dərəcəsinə görə dəyişir.

Dünya ulduzları artıq filmə çəkilmək, konsert verməkdən yorulublar. Ya da qazanmağın daha rahat yolunu tapıblar. Artıq səs tellərinə rejissor və ya bəstəkarın diktəsi ilə deyil, öz istəklərinə uyğun əziyyət verirlər. Yəni bu günə qədər topladıqları təcrübəni pərəstişkarları ilə bölüşür, onlara həyat yolunda addımlamağa yardımçı olurlar.

Məsələn dünya şöhrətli Madonna rəqs və fitnes üzrə dərslər verir. İrəli yaşlarda necə fit qalmağın, azyaşlı oğlanların diqqətini çəkmək üsullarını yetkin qadınlara öyrədir.

İdmançı aktyor Jan-Klod Van Damm da elə bildiyi yolla gəncləri arxasınca aparır. Karate dərsləri ilə işə başlayan Van Damm bu yolla təkcə əks cinsin deyil, rejissorların da diqqətini özünə çəkməyin yollarını göstərir.

Rusiya şou-biznesinin ulduzları da qərbli həmkarlarından geri qalmaq istəməyiblər. Bu istiqamətdə ilk addımı rus estradasının primadonnası Alla Puqaçeva atıb. Artıq oxuya bimədiyini deyən ulduz öz yaradıcılıq məktəbini açaraq ölkəni qarış-qarış gəzir.

Rusiyanın seks simvolu hesab edilən Anfisa Çexova ər axtaran qadınları başına toplayıb. Zəngin kişi, uğurlu nikah arzusunda olan qadınlar pullarını həvəslə Çexovanın hesabına köçürürlər. Bəs necə? Rusiyanın ən zəngin kişilərini barmağında üzük kimi dəyişən Çexovadan yaxşı bu hiylələri kim biləcək?

Təbii ki, kişilər də əks cinsin marağını çəkmək üsulları axtarırlar. Bu yolda onlara tanınmış teleaparıcı Vladimir Solovyov yardımçı olur. O, gənclərə, lap elə qocalara da Kazanova olmağın yollarını öyrədir.

Modelyer Aleksandr Vasilyev, teleaparıcı Kseniya Sobçak da trenddən geri qalmayaraq bildiyi üsulları sıravi insanlara öyrətməyə başlayıblar.

Dərslərə giriş haqqı ulduzun tanınma dərəcəsinə görə dəyişir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm