Bu maddə bütün Mançesteri dəhşətə salıb - İSTİFADƏ EDƏNLƏR DONURLAR - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bu maddə bütün Mançesteri dəhşətə salıb - İSTİFADƏ EDƏNLƏR DONURLAR - - FOTOLAR

Narkotik maddəni istifadə edən insanlar Mançestr küçələrində zombiləri xatırladıblar.

İngiltərənin Mançester şəhərində "Spice" adlı narkotik maddə insanları dəhşətə gətirib.

Qeyri-qanuni satılan kimyəvi maddəni istifadə edən insanlar yerindəcə donub qalırlar.

Publika.az xəbər verir ki, narkotik maddəni istifadə edən insanlar Mançestr küçələrində zombiləri xatırladıblar. 3 nəfərin dəşətli görüntüləri kameralara düşüb.

Sintetik bir narkotik növü olduğu bilinən "Spice" adlı kimyəvi vasitədən istifadə edən 3 nəfər baş verən ani şüur itkisi səbəbilə yerə yıxılıb. Şəxslərdən biri ayaqda, biri çöməlmiş halda, digəri isə yerdə uzanmış vəziyyətdə olub.

Satışına qadağa qoyulan kimyəvi vasitənin küçə satıcıları tərəfindən təmin olunduğu güman edilir.

Ötən 2 həftə ərzində Mançester polisi sözügedən narkotik vasitədən istifadə edən 43 nəfəri həbs edib.

Mütəxəssislər kimyəvi maddənin ölümə səbəbiyyət verən tərkibə malik olduğunu bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm