Uğursuzları birləşdirən məkan
Bizi izləyin

Maraq dünyası

Uğursuzları birləşdirən məkan

“Uğursuzluq muzeyi” açılır.

İsveçin cənubunda yerləşən Helsinborq şəhərində “Uğursuzluq muzeyi” açılır.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, muzeyin rəsmi açılışı iyun ayına planlaşdırılır. Burada müxtəlif şirkətlərin istehsal etdiyi, amma alıcılar tərəfindən bəyənilməyən məsullar sərgilənəcək.

Məsələn, muzeydə sərgilənən məhsullardan biri Twitter Peek qadjeti olacaq. Bu, sırf Twitter istifadəçilərinin rahat yazışması üçün nəzərdə tutulurdu. Amma smartfonla müqayisədə xeyli uduzduğuna görə istehsaldan çıxarıldı.

Muzeydə texniki məhsullarla yanaşı bəyənilməyən ətirlər, kosmetik məhsullar, eləcə də geyim nümunələri sərgilənəcək. Layihənin rəhbəri Samuel Uest deyir ki, burada məqsəd uğursuz məhsullara gülmək, lağ eləmək deyil, başqalarının yanlışından nəticə çıxarmaqdır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm