Köhnə kitablardan gələn qoxuların tərkibi öyrənildi
Bizi izləyin

Maraq dünyası

Köhnə kitablardan gələn qoxuların tərkibi öyrənildi

London kollecinin mütəxəssisləri kitablarla bağlı maraqlı eksperiment keçiriblər.

London kollecinin mütəxəssisləri kitablarla bağlı maraqlı eksperiment keçiriblər. Kitabxanalara baş çəkən insanlardan köhnə kitabların qoxusunun nəyə bənzədiyini soruşublar. İnsanların 71%-i köhnə kitablardan torpaq, 41%-i isə vanil qoxusu gəldiyini deyiblər. Əksəriyyət köhnə kitablardan xoş qoxu gəldiyini desə də, bəziləri bu qoxunu bəyənməyib. Hələ 14% insan köhnə kitablardan çirkli corab iyi gəldiyini deyib.

Bundan sonra mütəxəssislər kitabları dövrə görə bölüblər. Məlum olub ki, hər dövr kitabının özünəməxsus qoxusu var. Bu, güman ki, həmin dövrlərdə kağızın, mürəkkəbin, yapışqanın hazırlanma, qatqı üsulları ilə bağlı olub. Məsələn, 1928-ci ilə aid kitablardan şokolad, kofe qoxusu gəlib.

Mütəxəssislər deyirlər ki, qədimi kitablar kimi onların qoxuları da mənəvi irsdir və bu qoxuları saxlamaq lazımdır. Onlar kitablardan buxarlanan uçucu orqanik maddələri ayırd ediblər və belə qənaətə gəliblər ki, bu qoxuların bənzərini yaradıb digər məkanlarda da lazımi abı-hava yaratmaq olar. Hətta biznesini də yaratmaq mümkündür. Məsələn, kimsə sifariş verə bilər ki, yeni dizayn etdiyi evdən məhz köhnə kitab qoxusu gəlsin. Odur ki, yaxın zamanlarda “Köhnə kitab” parfümü satışa çıxarısa, təəccüblənməyin.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm