Maraq dünyası
Səudiyyəlilər "əyləncə şəhəri" tikir
Səudiyyə Ərəbistanı bəyan edib ki, Riyadın kənarında yeni əyləncə şəhərciyi tikiləcək.
Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, 334 kvadrat kilometrlik - yəni, təxminən Las Vegas boyda olacaq atraksionda mədəniyyət, idman və əyləncə tədbirlərinin keçiriləcəyi, Six Flags istirahət parkı və safari parkının da olacağı deyilir.
Bəyanata əsasən bu, dünyada ilk belə şəhərcikdir.
Məlumata görə, tikinti işləri gələn ilin əvvəlində başlayacaq və birinci mərhələ 2022-də bitəcək.
Bir il bundan əvvəl Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd Bin Salman "Vision 2030" planlarını açıqlayamışdı. Məqsəd, ölkənin neftdən asılılığını azaldaraq iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan layihələr həyata keçirmək idi.
Ölçüsü Riyadın beşdə bir hissəsinə bərabər olan yeni əyləncə
şəhəri bu layihələrdən biridir.
Hakimiyyət deyir ki, bu layihə təkcə turizm üçün yox, paytaxtda
yaşayanlara da "əyləncə və sevinc" gətirmək üçün nəzərdə
tutulub.
Lakin qadın və kişiləri bu dərəcədə ayıran bir ölkədə Six Flags istirahət parkının necə salınacağı sual doğurur. İndiyə qədər Səudiyyə Ərəbistanında salınan istirahət parkları daha çox uşaqlar üçün olub.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO