Maraq dünyası
400 uşağın ətini, insanların cinsiyyətini, daxili orqanlarını DİRİ-DİRİ YEYƏNLƏR - - FOTOLAR (18+)
Hannibalizm daş dövründə mövcud olub və bu gün biz insan
ətinin yeyilməsi deyəndə bunu keçmiş dövrdə baş vermiş dəhşətli
tarix olaraq xatırlayırıq. Lakin adamyeyənlərin müasir dövrdə də
olduğunu əks etdirən faktlar insanı sözün əsl mənasında dəhşətə
salır.
Publika.az müasir dövrdə insan əti yeyən qorxunc manyaklar
haqda məlumatları təqdim edir.
İssei Saqava: Sorbonna Universitetinin tələbəsi
olub və həmişə yaxşı qiymətləri ilə seçilib. Çox da yaraşıqlı
olmasa da, qadınlar ona daim meyшl salırdı. 1981-ci ilin 1 iyununda
Saqava tələbə yoldaşı olan hollandiyalı Rene Hartvelti evinə dəvət
edir, daha sonra evdə qızın parçalanmış cəsədini tapırlar. Yapon
manyak iki gün ərzində qızın ətini yeyirmiş. Saqava evdən qaçaraq
gizlənsə də, beş gün sonra fransız polisi onu tutuк. Yapon manyak
bir il yarım psixi klinikada qalandan sonra azadlığa çıxır. Tibbi
komissiya onun ağlını itirdiyi haqda rəy verdi və Saqavanı vətəninə
- Yaponiyaya ekstradisiya etdilər. Hazırda Saqava Tokioda yaşayır
və şəhərin ulduzu sayılır. O, tok-şouların tez-tez dəvət olunan
qonağıdır, məsləhətlər verməklə, həmçinin, kulinariya tənqidçisi
olaraq pul qazanır.
Armin Mayves: Almaniyadan olan adamyeyənin 8 yaşı
olanda validenyləri boşanır. Armin anası ilə yaşayırdı və atası
öləndən sonra onun anası başqa kişilərlə görüşməyə başladı. Həmin
vaxtdan onun psixi pozuntularının olduğu deyilir.
2001-ci ildə 41 yaşlı Armin internetdə belə elan verdi: “18-25 yaş
arası yeyilmək istəyən kişi axtarır”. Təəccübldür ki, onun elanına
tezliklə cavab verən tapıldı. Homoseksual olan 43 yaşlı Brend
Brandes Arminin təklifinə razı idi. Armin Brendi qətlə yetirməsini
videolentə almışdı. Onlar sekslə məşğul olandan sonra, ağrının yox
olmasına səbəb olacaq qədər dozada spirtli içki qəbul etmiş Brendin
cinsiyyət orqanını kəsir və birlikdə bu orqanı yeməyə başlayırlar.
Sonra Armin öz məşuqunu öldürdü və onun ətini soyuducuya qoydu. O,
bu əti bir neçə ay ərzində yedi. 2002-ci ildə adamyeyəni həbs
etdilər. Həmin vaxta qədər o, artıq 20 kiloqrama qədər insan əti
yemişdi. Əvvəlcə 8,5 il həbs cəzası verildi, sonra cəzası ömürlük
həbslə əvəz olundu. Maraqlıdır ki, Armin həbsxanada vegeterian
oldu.
Ceffri Damer: amerikalı adamyeyən 13 il ərzində 17 oğlanı öldürüb. O, qurbanlarını əvvəlcə zorlayır, sonra ödürərək, ətini yeyirdi. Cefrinin uşaqlığı ağır keçib. 13 yaşında anladı ki, homoseksualdır. O, ilk qətlini 1978-ci ildə, 18 yaşı olanda törətdi. Sonra qurbanları ilə tanışılığın sxemini yaratdı: gey-klublarda oğlanla tanış olur, sonra bardan kənara çıxmağı təklif edirdi. Öz qurbanlarının başını drellə deşirdi. Bəziləri iki gün boyunca belə yaşayırdı. Manyak qurbanlarını zorlayır və onları yeyirdi. 1988-ci ildə o, 13 yaşlı oğlanı qaçıranda polis tərəfindən həbs olundu. Məhkəmə onu islahedici işə məhkum etdi, lakin qatil qurbanlarını öldürüb yeməyə davam edirdi. 1991-ci ilin yayında Ceffri yeni qətl törətməyə hazırlaşarkən qurban qaçdı. Polis onun mənzilinə basqın etdi və dəhşətli mənzərə ilə üz-üzə qaldı. Soyuducuda üç baş, ürək və içalat tapıldı. Mənzildə 11 cəsədin qalıqları var idi. 1994-cü ildə həbsxanada məhbuslar onu metal borusu ilə öldürdülər. Onun cəsədi bir il soyuduca qalandan sonra yandırıldı.
Albert Fiş: Amerikada yaşayan manyaka “Boz insan”,
“Bruklin vampiri” kimi ləqəblər verilmişdi. 1870-ci ildə doğulub,
o, ailənin ən kiçik övladı idi. Valideynləri dini əzab çəkməkdən
psixi problemlərə düçar olmuşdular. Fiş beş yaşında sığınacağı
düşdü. Sığınacaqda onu tez-tez döyürdülər. Sonradan məlum oldu ki,
o, fiziki ağrıdan həzz alır. 1970-ci ildə Fiş Nyu-Yorka köçdü. Onun
əyləncəsi kiçik oğlan uşaqlarını zorlamaq idi. İlk qətlini 40
yaşında törətdi. Fil yeddi yaşlı qızı oğurladı. Qızın ailəsi 6 il
ərzində anonim məktublar alırdı. Bu məktublar Fişin ələ keçməsinə
səbəb oldu. O, məhkəmədə danışırdı ki, 400 uşağı zorlayıb. Hərçəndə
polis onun 100 uşağı zorladığını düşünürdü. 1936-cı ildə maynak
elektrik stulunda edam edildi.
Andrey Çikatilo: İnanmaq çətindir ki, bu manyak
məktəb müllimi olub. Çikatilo nümunəvi ər hesab edilirdi və iki
övladı var idi. SSRİ Kommunist Partiyasının üzvü olan Çikatilonun
təkcə sübut olunmuş qurbanlarının sayı 53 nəfər olub. Manyak öz
qurbanını öldürüb, bədənləri eybəcər hala salırdı. Dilini kəsir,
yaxud dişləyir, cinsiyyət orqanlarını, döşlərini, burunlarını və
barmaqlarını doğrayırdı. Adamyeyən cəsədin qarnını yırtaraq daxili
orqanları gəmirirdi. Ən dəhşətlisi o idi ki, o, bütün bunları
edərkən, qurban hələ sağ olurdu.
Aleksey Sukletin: Kazan ətrafındakı bağlardan
birində gözətçi işləyirdi. 1985-ci ildə onu həbs etdilər və bağdan
insan sümükləri ilə dolu olan dörd kisə tapıldı. Suktelin
qurbanlarının qaraciyərindən hazırladığı yeməyə heç nədən
şübhələnməyən dostlarını qonaq edirdi. 1979-cu ildən 1985-ci ilə
qədər o, 7 qadını öldürmüşdü. Sonradan məlum oldu ki, o, öz
məşuqəsini qurbanlarının qanını içməyə məcbur edirmiş. 1987-ci ildə
onu güllələdilər.
Doranqel Varqas: Venesueladan
olan bu manyakın əməlləri 1995-ci ildə ortaya çıxdı. Məlum oldu ki,
onun evinə gələn kişilər itkin düşür. Həmin vaxt onu ruhi
xəstəxanaya saldılar, lakin iki il sonra nümunəvi davranışa görə
azad etdilər.
1999-cu ildə San-Krisobal şəhərində Varqasın yaşadığı ərazidə insan
qalıqları tapıldı. Manyak əvvəlcə bildirdi ki, o, insan ətini
yeyir, фььф onları öldürmür. Ona cəsədləri başqaları gətirir. Polis
hesab edirdi ki, Varqasa cəsəd gətirənlər orqan mafiyasıdır. Lakin
Varqas qəfil etiraf etdi ki, insanları şəxsən özü öldürür. O
danışırdı ki, “kişi əti daha dadlı olur, nəinki qadın”. Onu ömürlük
ruhi xəstəxanaya saldılar.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK