Riyaziyyatçılar bunu nahara qədər, tarixçilərsə nahardan sonra EDİR
Bizi izləyin

Maraq dünyası

Riyaziyyatçılar bunu nahara qədər, tarixçilərsə nahardan sonra EDİR

“Saat 12-ə dək” anlayışı təkcə bizim ölkədə keçərli deyilmiş. İngilislər də düşünürlər ki, riyaziyyatçıların beyni 12-dən sonra ləng işləyir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumiyyətlə, riyaziyyatla məşğul olmaq üçün günün ən yaxşı vaxtı nahara qədərdir. Ondan sonra beyin riyazi hesablamaları götürmür.

Tarixçilər isə işlərini nahardan sonraya saxlasınlar. Onlar tarixin qatlarına bu saatlarda işıq tuta bilərlər. Alimlər təhsil müəssisələrində həm tələbələr, həm də müəllim heyətini müşahidə etdikdən sonra belə qərara gəliblər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm