“Titanik”in də “Kitayski”si - FOTO
Bizi izləyin

Maraq dünyası

“Titanik”in də “Kitayski”si - FOTO

Həm də “Titanik”in!

Dünya brendlərinin surətini olduğu kimi təkrarlamaqda çinlilər çoxdan ad çıxardıblar. Amma biri var telefonun, geyimin, texnikanın surətini saxtalaşdıralar, biri də var gəminin: həm də “Titanik”in!

Publika.az xəbər verir ki, Çinin Sıçuan əyalətində məşhur gəminin modeli yox, məhz tammiqyaslı bənzəri hazırlanır. Gəminin hazırlanmasına 2014-cü ildən başlanılıb. Artıq gəminin uzunluğundan 296 metr, enindən isə 28,2 metr hazırlanıb.

Hələ “Titanik”də “boğulmaq” istəyən turistlər də nəzərə alınıb. Hidravlik təchizatlar vasitəsilə gəmi guya aysberqə dəyib batmağa başlayacaq. Özünü Roza ilə Cek rolunda sınamaq istəyənlərə bundan gözəl fürsət? Amma yenə də ehtiyatlı olmaq lazımdır. Çünki “Titanik”in orijinalı yüzlərlə adamı suyun dibinə tökdü, “kitayski”sinə heç güvən olmaz.

Qeyd edək ki “kitayski” “Titanik”in hazırlanmasına 140 milyon dollar ayrılıb. Yeri gəlmişkən, bu gün “Titanik” gəmisinin batmasının növbəti ildönümüdür.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm