Məzuniyyət vaxtı zamanı uzatmağın üsulları
Bizi izləyin

Maraq dünyası

Məzuniyyət vaxtı zamanı uzatmağın üsulları

İl boyu yorğun iş günlərindən sonra məzuniyyətə getməyi hamı arzulayır.

İl boyu yorğun iş günlərindən sonra məzuniyyətə getməyi hamı arzulayır. Amma məzuniyyət günlərində zaman sanki uçur, başlamağı ilə bitməyi bir olur. Alimlər məzuniyyət günlərində zamanı uzatmağın yolunu tapıblar.

Publika.az "The Telegraph" qəzetinə istinadən bildirir ki, zamanı uzatmağın ilk yolu ekstremal idman növləri və adrenalin yaradacaq üsullardır. Məsələn, yüksək hündürlükdən tullanmaq. Belə ki, bu cür vəziyyətlərdə beyin kritik vəziyyətə köklənir, yaddaş dəqiq və parlaq olur. İnsan baş verənləri yaddaşına yenidən gətirdikdə, ona elə gəlir ki, zaman sürətini azaldıb.

İkinci üsul beyni yeni məlumatlar və görüntülərlə yükləməkdir. Britaniyanın Lids Universitetinin psixoloqu Stiv Teylor deyir ki, insan nə qədər çox yeni informasiya alırsa, zamanın daha yavaşıdığını zənn edir. Ona görə də psixoloq turistlərə təkrar yerlərə səfər etməməyi, heç görmədiyi məkanlara üstünlük verməyi tövsiyə edir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm