1500 il əvvələ aid nəhəng adamın məzarı tapıldı – FOTOLAR
Bizi izləyin

Maraq dünyası

1500 il əvvələ aid nəhəng adamın məzarı tapıldı – FOTOLAR

Məzarın Sasanilər İmperiyası dövrünə aid olduğu ehtimal edil

İranın Qərbində yerləşən Luristan bölgəsində 1500 il əvvələ aid və boyu 2 metrdən uzun olan nəhəng insanın məzarı tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlər sözügedən insan cəsədinin digər insanlardan çox hündür olduğunu bildiriblər.

Məzarın Sasanilər İmperiyası dövrünə aid olduğu ehtimal edilir.

Arxeoloqlar həmin məzarda Əhəmənilər və Parfiya dövlətlərinə aid əsərlər də tapıblar.

Arxeoloji qazıntı aparan qrupun rəhbəri Ata Hasanpur bildirib ki, İranın Luristan bölgəsinin Çia Sabz qəsəbəsində tapılan məzarlıqda Əhəmənilər dövrünə aid əşyalar da üzə çıxıb.

Onun sözlərinə görə, həmin əşyalar eramızdan əvvəl 705-330-cu illərə aiddir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm