İsveçrəni işğalolunmaz edən 11 SƏBƏB
Bizi izləyin

Maraq dünyası

İsveçrəni işğalolunmaz edən 11 SƏBƏB

İki dünya müharibəsindən də qəzasız-bəlasız çıxan İsveçrə 1815-ci ildən bu günə kimi obyektivliyini qoruyub saxlayıb.

"İsveçrə niyə işğal edilmir"sualı çoxlarını narahat edir. Siz də haqlısınız. İşğal olunan ərazilərlə müqayisədə elə bir dəyərli yer olmasa da, onu isğal etmək hər dövlətin, ordunun işi deyil.

İki dünya müharibəsindən də qəzasız-bəlasız çıxan İsveçrə 1815-ci ildən bu günə kimi obyektivliyini qoruyub saxlayıb.

Publika.az sizə İsveçrəni işğal etmək niyyətində olan dövlətləri iki dəfə düşündürəcək 11 səbəbi təqdim edir:

İsveçrə bankları - İsveçrə banklarında bir anda 35 milyard avro əmanət saxlanılır. Bu qədər pul yalnız isveçrəlilərə aid ola bilməz. Təbii ki, başqa ölkələrin vətəndaşları, vəzifəli şəxsləri və daha kimlər-kimlər bu banklara əmanət pullar qoyub . İsveçrə bankları müştərilərinin adlarını tam gizli saxladığı üçün dünya üzrə dövriyyəyə buraxılan çirkli pullar bu banklara axıdılır. Sınanmış və təsdiq olunmuş bir həqiqət var ki, dünya ölkələri içərisində İsveçrə pulun ən etibarlı saxlanıldığı yerdir. Bütün bunlar İsveçrəyə işğal edilməz ölkə statusu qazandırır. Yəni ki, işğal çətindir deyə pul gəlir, pul gəldikcə də işğal çətinləşir. Adamlar gözəl sistem qurublar. Milyardlarla dollarların saxlanıldığı ölkəni işğal etməyə cəhd edəcəksiz, əmanət sahibləri də sakit durub baxacaq? Ağlabatan deyl.

İsveçrə dağları - Bəli, tətil üçün çox gözəl məkanların olduğu İsveçrədə dağlar önəmli faktordur. Fərz edək ki, siz ölkəni işğal etmək istəyirsiz və ölkəyə hansı istiqamətdən girəcəyinizi düşünürsüz. Dağlardan ölkə ərazisinə doğru irəliləmək fikri o qədər də uğurlu, asan deyil. 7 metrlik dağ keçidlərinə ağır texnikanı necə yeridə bilərsiz? Xüsusi təyinatlı əsgərlər belə olsa, şaxtada necə isinəcək, nə ilə qidalanacaq və.s bu kimi suallar artıq işğal fikrini yarıbayarıya endirir.

İsveçrəsayağı müdafiə sistemi - Yuxarıda bəhs etdiyimiz kimi hədsiz dağlıq əraziləri olan ölkənin müdafiə sistemi də güclüdür. İsveçrə ordusu işğal ehtimalında düşmənini mümkün olduğu qədər alçaq düzənlikdə saxlamağa cəhd edir. Özü isə dağlarda yaşayır. Belə olan halda, təxmin edərsiz ki, dağlardan xəbərdarlıq etmədən atəş açılır. Olduqları yeri təyin edib birbaşa ordunu zərərləşdirmək istəsəniz, bu zaman da dağların altına məlum olmayan yerlərdə partlayıcılar quraşdırılıb. Orduya məxsus silah-sursatı, ağır texnikanı ələ keçirmək istəsəniz, artıq dağın bir başqa minalı hissəsinə daxil olmusuz deməkdir və burdan itki vermədən çıxmaq mümkün deyil. Düzənlikdən şəhərə doğru irəliləmək istəsənəz, hər addımbaşı sizi əsgələr gözləyir. Şəhərin istənilən istiqamətdən girişində pusqu qurulub. Çoxsayda itki verib şəhərə daxil oldunuz deyək. Şəhərdə heç kəs yoxdur, bütün şəhər camaatı silahlanıb dağa çıxıb. Ən qorxulusu isə ardınca şəhəri minalayıblar. İsveçrədə neft yoxdu, zəngin mədənlər yoxdur. Lakin əhali yenə də öz ölkəsini bütün gücü ilə müdafiə edir. Əsas məqsəd işğalın astarını üzündən baha gətirməkdir.

Partlamağa hazır olan dəmir yol körpüləri və tunellər - Təsəvvür edin milyard dollarlıq Alp tunellərini inşa edən mühəndislər tunelləri, körpüləri, yolları ən qısa yollarla yıxmağın, partlatmağın hesabatını hazırlayıblar. Bundan başqa, tikinti bitər-bitməz hər an gələ biləcək hücuma qarşı yollar, tunellər, körpülər minalanıb. Gündəlik həyatda belə bu partlayıcılar işə salınmağa hazır vəziyyətdə olur. Hər nə qədər həqiqətdən uzaq da olsa, ən gözlənilməz hücumlara belə İsveçrə hazırlıqlıdır. Bunlar sadəcə bilinən məlumatlardır. Onların şəhərdən çıxmaq üçün bir sıra gizli yolları, planları olmamış olmaz.

Yeraltı hava bazaları - Bəli, bunu da düşünüblər. İsveçrə kiçik ölkə olduğu üçün hücum anında işğalçı qüvvə öz hava qüvvələrindən istifadə edərək bütün isveçrəni təhlükə qarşısında qoya bilər. Buna görə də Bern, Luzern, Sürix kimi şəhərlərin klassik hava limanları hərbi məqsədlər üçün istifadə edilsə də, onlardan əlavə İsveçrə höküməti dağların altında xüsusi tunellər açaraq hərbi hava qüvvələrini orada gizlədib. Bu hava bazalarının giriş- çıxışları məlum olmadığı üçün düşmən tərəf ilk hücuma təşəbbüs etmir. 1967-ci ildə İsrailin Misirə etdiyi ani bir basqının qarşısını isveçrəlilər öncədən alıblar. Qısacası, işğal edəcəyiniz İsveçrənin hava qüvvələrini sadəcə onlar istədikdə görə bilərsiz. Amma onlar sizi daim görür.

Ultra müasir hərbi avadanlıq - ultra müasir dedikdə filmlərdə gördüyünüz hər yerindən lazer vuran, rəqəmsal göstəricili, altı alov, üstü vertolyot tipli avadanlıqlardan bəhs olunmur. İsveçrənin keyfiyyət standartının yüksəkliyindən bəhs edirik. İsveçrə ordusuna alınan yük maşından arakəsmə dəmirinə, tüfəngdən boşqabına kimi hər şey ən incə detalına qədər hesablanıb. İstehsalatda mində bir səhv belə tapmaq olmaz. Digər ittifaqların ordu mənbələrinin standartları (məsələn, güllə kalibrləri) İsveçrədə olmadığından, burada ələ keçirdiyiniz avadanlıqları kənarda istifadə etmək kimi bir şansınız olmur. Hər şey xüsusi olaraq İsveçrə ordusuna görə nizamlanıb.

Yüksək səviyyəli hərbi personal - Alp dağlarında silahlı mübarizə hədsiz bir texniki bacarıq tələb edir. Dünyada dağlarda döyüşməyin tarixdə kitabını yazmış (ən azından özləri belə iddia edir) dövlətlər var. Norveç və Avstriya ordusunu nümunə vermək olar. Ordunu dağ şəraitində təlimlərə göndərirlər. Alman və İtalyan orduları da bu məsələyə xüsusi olaraq diqqət ayırır. NATO hər il böyük məbləğ ödəyərək öz zabitlərini İsveçrədə çətin dağ şəraitində hərbi təhsilə göndərir. İsveçrənin dağlarda xüsusi şəraitdə dərs verən personalı var. Hansı ki, bütün dövlətlərin ordusu onlara qibtə ilə baxır. Ordunu təşkil edən əsgərlər siravi vətəndaşlar olsa da, onlara komandanlıq edən çox istedadlı canlı mexanizmlər var.

Sığınacaq sistemi - İsveçrədə hər mənzil blokunda nüvə hücumlarına dözümlü bir sığınacaq var. Əlbəttə, bu abidələr təkcə adı sığınacaq deyil. NBC hava filtrli, polad qapılı, havalandırması olan və 25 nəfər üçün nəzərdə tutulmuş sığınacaqlarla təmin olunub. Hazırda xüsusi ərazilərdə bu tip sığınacaqlardan 300.000 ədəd yerləşdirilib. Hər bir dövlət binasında mövcud olan daha geniş 5.100 sığınacağı da nəzərə alsaq, anı bir nüvə hücumunda 8.6 milyon adamın xilas ola biləcəyi etibarlı sığınacaqlarla təsis ediblər. Bu rəqəm İsveçrə əhalisinin sayından çoxdur. Ümumi əhalinin 114%-ni hər an baş verə biləcək hücumlardan tam müdafiə edə bilirlər.

Hər evdə saxlanan silahlar - İsveçrə ordusunda əsgərlik bitir, amma silahın dərdi bitmir. O silah sizin artıq həyat boyu dostunuz olur. Evə aparıb onu etibarlı yerdə saxlamaq lazımdır. Bir gün İsveçrə təcavüzə məruz qalarsa, silahdan istifadə etmək azaddır. 2007-ci ilə qədər hər evdə 1000-ə yaxın mərmi saxlamaq imkanı olurdu. Lakin sonradan mərmilər toplanaraq müəyyən olunmuş etibarlı yerdə, polad şkafda saxlanılır və ehtiyac anında cəmiyyətə çatdırılır. Hərbi xidmətdən sonra silahın hərbçidə qalması ənənədir və bunun sayəsində dövriyyədə yarım milyon silah var. Buna baxmayaraq, İsveçrə cinayət hadisələrinin ən az yaşandığı ölkələr siyahısındadır.

Millitarist xalq - başqa bir yerdə isveçrəlilər kimi xalqa rast gəlmək çətindir. Təhsilli insanlar, mədəni cəmiyyət, inanılmaz infrastruktur, Aİ standartlarının üzərində həyat və s. İsveçrəlilər hərbini və əsgərləri sevir, dəyər verir. 2001-ci ildə fəal ordu personalının azaldılması istiqamətində keçirilən sorğu 77% səslə rədd edilmişdi. İsveçrənin bir düşməni olmasa da, o, Avropanın ən böyük ordularından birini yetişdirir. Ölkə 1215-ci ildən bəri kantonlar konfederasiyası olaraq varlığını davam etdirir. 1815-ci ildən bu günə dillərə dastan obyektivliyi var. Bəs niyə bu qədər ehtiyat edir? Almaniya, Fransa, İtaliya kimi nəhənglər arasına İsveçrənin bu gün düşməni olmaya bilər, amma olduğu zaman düşmən qarşısındakının İsveçrə olduğunu bilsin deyə.

İsveçrəli mühafizəçilər - Dünyada o qədər qoşun var. Lakin Papa şəxsi qoruması kimi bir batalyonu rəngarəng geyimli İsveçrə ordusundan seçir. Səbəbi məşhur isveçrəli qvardiyaçıların 13-cü əsrin ən elit, zəngin əsgərləri olması ilə bağlıdır. Aradan illər keçsə də, heç bir şey dəyişməyib. İsveçrəli qvardiyaçılar çox təcrübəli bir hərbi gücə sahibdir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm