Dünyanın ən ucuz şəhərləri - SİYAHI
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən ucuz şəhərləri - SİYAHI

İkinci ucuz paytaxt Qahirədir.

Dünyanın ən ucuz şəhərləri bəlli olub.

Publika.az xəbər verir ki, ilk yerdə Bolqarıstanın Sofiya şəhəri gəlir. Ekspertlər bildirirlər ki, bu şəhərdə iki nəfərin bir günlük istirahəti 47 dollara başa gəlir. Bu pula oteldə gecələmək, axşam yeməyi, bir şüşə şərab, kofe, kokteyl və taksi ilə gediş-gəliş daxildir.

İkinci ucuz paytaxt Qahirədir. Burada da 49 dollara istirahət mümkündür. Sonrakı yeri isə Buxarest tutur. Burada cütlükdən ibarət turistlər 54 dollara bir gün dincələ bilərlər.

Bundan başqa, onluqda Antalya, Kiyev, Mexiko, Manila (Filippin) da ucuz şəhərlər kimi yer alır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm