Bakı sakinləri hansı musiqi janrlarına qulaq asır?
Bizi izləyin

Maraq dünyası

Bakı sakinləri hansı musiqi janrlarına qulaq asır?

Musiqi ruhun qidasıdır deyirlər. Bəs görəsən Bakı sakinləri bu “qida”dan tez-tez dadır?

Publika.az xəbər verir ki, “ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində sakinlərin hansı musiqilərə dinləməsi ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik.

Sakinlərin böyük əksəriyyəti (70 %) musiqiyə gündə ən azı bir dəfə (70 %) qulaq asır. Bakı əhlinin beşdə biri (20 %) həftədə azı bir dəfə musiqi dinləyir. Hər on sakindən biri isə (10 %) muqisiyə nadir hallarda qulaq asdığını deyir. Sakinlərin böyük əksəriyyəti musiqini evdə dinləməyi (78 %) tərcih edir. 17% sakin isə avtomobil idarə edərkən həm də musiqidən zövq alır.

Bəs Bakı sakinlərinin musiqi zövqü necədir ? Paytaxt əhli hansı musiqi janrlarına üstünlük verir ?

Rəyi soruşulmuş respondentlərin yarıdan çoxu (52 %) klassik musiqiyə qulaq asır.Azərbaycan xalq mahnılarını (44 %) və muğamlarını dinləyənlər də (42 %) kifayət qədərdir. Hər on respondentdən dördü isə müasir pop musiqisi tərcih edir (40%). Rok (9 %), caz (7 %), rep (5 %) və estrada (3 %) dinləyənlər nisbətən azlıq təşkil edir. Aşıq havalarını digər janrlardan daha çox dinləyənlər isə 2 %-dir.

Respondentlərin yaşı artdıqca musiqi zövqləri də dəyişir. Belə ki, pop musiqisini dinləyənlərin 39 %-ni 18-24 yaş aralığında gənclər təşkil edir. Klassik musiqiyə üstünlük verənlər əsasən orta nəslin nümayəndələridir (25-34 yaş aralığı – 25 %). Respondentlərin yaşı artdıqca milli musiqiyə olan maraqları da artır. Belə ki, muğam həvəskarlarının 35 %-i nisbətən yaşlı nəslin (45-54 yaş aralığı) nümayəndələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm