• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Çin haqqında dəhşətə gətirən FAKTLAR

Çin haqqında dəhşətə gətirən FAKTLAR

Çin dünyada texnologiyanın ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Buna baxmayaraq, dünya brendlərini təqlid etməkdən yorulmur. Maraqlı mətbəxi, yaşayış tərzi olan ölkə bir çox maraqlı cəhətləri ilə dünya ölkələrindən seçilir.

Publika.az oxuculara Çin haqqında maraqlı faktları təqdim edir.

Çində Starbucksı təqlid edən çay evi: Teabucks.

"Teabucks" çay evi Amerikanın məşhur brendi Starbucks obrazında yaradılıb. Müxtəlif isti və soyuq çay hədiyyələri təqdim olunan məkan Amerika brendindən qətiyyən fərqlənmir.

Polislər itlərin alternativi olaraq qazlardan istifadə edir. Ölkənin müəyyən bölgələrində, çinli polislər itləri qazlarla əvəz edib. Quşların mükəmməl görmə və aqressiv davranışlarını itlərin xüsusiyyətlərinə bərabər edən polislər bununla diqqət çəkməyi bacarıblar.

Şirkətlər tikintidə çalışan insanların ağır iş rejimindən yorulub intihar etməsinin qarşısını almaq üçün önləm alıblar.

Çində inşa ediləın çoxmərtəbəli binaların tikintisində zaman-zaman intihar halları qeydə alınıb. Bəzi müəssisələr bu kimi halların qarşısını almaq üçün binanın ətrafına qoruyucu torlar asıblar.

Çində "evdə qalmaq", "subay ölmək" anlayışı yoxdur. Bəzi insanlar evli olmayan uşaqlarına minlərlə dollar qarşılığında cəsəd alırlar. Bəli, Çinin müəyyən əyalətlərində tarixi üç min il əvvələ dayanan "kabus toy" və ya "kabus evlilik" adlanan adətlər var. Bu ənənənin davam etməsinin bir neçə səbəbi var. Ən çox tanınanı isə ailələrin gənc yaşda ölən uşaqlarının ruhlarının onları narahat etməməsi üçün belə bir üsula əl atmalarıdır.

Təmiz hava konservləri. Ölkə daxilindəki nəqaliyyat sıxlığı səbəbindən hökümət təmiz hava satışına başlayıb. Nəqliyyatın çirkləndirdiyi havadan bezən insanlar rahat bir şəkildə ölkənin istənilən mağazasından təmiz hava konservlərini ala bilər.

Kabus məhəllələri. Çində həddindən artıq tikili olan ərazilərdə və binalarda yaşayış yoxdu. İnsanlar sıxlıq içərisində yaşa bilmədikləri üçün bu əraziləri kabus məhəllələri adlandırıb uzaqlaşıblar. Ərazidə yüzlərlə yeni tikilimiş boş mənzillər var.

270 milyon il yaşı olan daş meşə. Çində ərazisi 400 kilometrlik bir sahəni əhatə edən inanılmaz quruluşa malik qayalar var. Dünyanın ən heyranedici görünüşlü qayalarından ibarət Daş Meşə Çinin görülməsi lazım olan yerlərindən biridir. Meşədəki qayalar, əhəng və suların qarşılıqlı təsiri nəticəsində uzun illər ərzində formalaşıb.

Xalq arasında pijama geyinən insanlar var. Normalda yatarkən geyindiyimiz pijamaları Çində insanlar küçəyə çıxarkən geyinir. Çinin bəzi əyalətlərində pijama ilə gəzən insanlar görsəniz, təəccüblənməyin. Onlar nə dəlidir, nə də yuxulu. Bu, sadəcə onların seçimidir.

Çinin paytaxtı Pekində tibbin inkişafının son mərhələsi. Xəstə insanları yerli təbabət üsulu hesab olunan "ağır zərbələrlə" müalicə etdiyini söyləyən Hongçi Şiao adlı terapevt Avstraliyada keçirilən seminarda 7 yaşlı bir uşağın ölümünə səbəb olub.

Dünyada yalnız Çində görə biləcəyiniz park üsulu. Çin əhalisi yerdən və göydən gələ biləcək istənilən təhlükəyə qarşı avtomobillərini belə mühafizə edirlər.

Çində supermarketlərdə timsal satılır. Əhali demək olar ki, dəniz məhsullarının müxtəlif çeşidləri ilə qidalanır. Sakinlər timsah ətini sevir. Burada supermarketlərdə bütöv bir timsah satışa qoyulur. Baxmayaraq ki, insanlar timsahın yalnız müəyyən bir hissəsini yeyirlər. Parçalara ayrılmış halda satılan timsahlar əhali tərəfindən alınmır.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR