• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Bütün qitələri gəzərək ov edən azərbaycanlı ovçu - VİDEO

Bütün qitələri gəzərək ov edən azərbaycanlı ovçu

Azərbaycanlı ovçu Asif İlyasov 16 ildir təhlükəli və elə bu qədər də maraqlı işlə məşğuldur.

Publika.az xezerxeber.az-a istinadən xəbər verir ki, Asif İlyasov demək olar ömrünün yarısını ovçuluğa həsr edib.

Dünyanın bütün qitələrində ov etməyi özünə həyat tərzi seçən ovçu deyir ki, bir çoxunda ölüm təhlükəsi yaşasa da, təbiətə olan marağı ona stimul verir.

Ən yırtıcı heyvanlarla üzbəüz gələn Asif ovçuluğa biznes kimi yox, dünyanın ən maraqlı hobbisi kimi baxır. İlk ovuna Azərbaycanda başlayan A.İlyasovun ən böyük istəklərindən biri isə yenidən Amazon cəngəlliklərinə qayıtmaqdır.

Afrikada şir, Antarktidada ağ ayı, Amazonda anakonda, Asiya çöllərində boz ayı ovlayan həmyerlimiz getdiyi bütün ölkələrdə vətənimizin təbliği ilə də məşğul olur.

Deyir ki, dünya ovçularının əksəriyyətinin ölkəmiz haqqında məlumatları var, hətta onlar harasa ova gedərkən həmyerlilərimiz ilə məsləhətləşirlər. Dünyanın aparıcı media qurumları onların ovları haqqında sənədli filmlər də çəkib.

Asif İlyasov yaxın günlərdə yenidən Amazon meşələrinə getmək istəyir. Onun bu dəfəki məqsədi ən böyük anakondanı tutmaqdır.

Ətraflı videomaterialı təqdim edirik:

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR