Su altında şəhər, şüşəli sahil... Dünyanın 5 MÖCÜZƏSİ
Bizi izləyin

Maraq dünyası

Su altında şəhər, şüşəli sahil... Dünyanın 5 MÖCÜZƏSİ

Əslində, dünyanın 7 möcüzəsi olsa da, bu, sadəcə rəqəmlərdir. Dünyada möcüzəvi adalar, dənizlər, çoxdur. Tədqiqatçılar tərəfindən araşdırılan ərazilərin sadəcə bir qismi bizə məlumdur. Xoşbəxtlikdən, bütün dünyada bir neçə oxşar möcüzələrin nümunələrini tapmaq olar.

Publika.az sizə onların çoxunun necə görsəndiyini təqdim edir. Bu şəkillərə baxanda onların nəyə görə dünyanın möcüzəsi sayıldığını başa düşəcəksiz .

Əfsanəvi şəhər Dvarka

Hindistanın əfsanəvi şəhərlərindən olan Dvarka, Canbay körfəzinin qərb sahillərində aşkarlanıb. Dənizin ortasında, 35 metr dərinlikdə 24 km² yeri əhatə edən qədim şəhər yerləşir.

Dvarka Hindistanın ən qədim şəhərlərindən biri hesab olunur. Tədqiqatçıların hesablamalarına görə qədim şəhərin 5-10 min il yaşı var. Alimləri təəccübləndirən isə illər əvvəlki soyuq iqlim şəraitində buz bağlamış şəhərin dərinliklərə batmasına rəğmən yaxşı halda qalmasıdır. Suyun dərinliklərində tapılan şəhərə aid tikili qalıqları bunu deməyə əsas verir.

Yonaguni abidəsi

Yaponiyanın Ryukyu adasında yerləşən qədim və maraqlı abidə ilk dəfə 1987-ci ildə dalğıclar tərəfindən aşkarlanıb. Yonaguni abidəsinin insan əli ilə, yoxsa təbiət hadisələri səbəbindən yarandığı məlum deyil. Tədqiqatçılar abidənin yaranma şəklini hələ də dəqiqləşdirə bilməyiblər.

Bir qrup alim abidənin təbii şəraitdə insan əli dəymədən yarandığını iddia edir. Lakin suyun dərinliklərində üçbucaq şəklində daşlardan ibarət heyrətamiz abidənin insan əli dəymədən hazırlanmasına inanmaq biraz çətindir. Dəniz səviyyəsindən 76 metrə qədər yüksələn piramida şəkilli abidə dalğıcları heyran edir. Ekspertlər iddia edir ki, əgər bu abidə insan əli ilə hazırlanıbsa, milad təqvimi ilə təxminən 10 min il yaşı var. Tarixi abidənin sirli yaradılışı üzərində fərziyələr, araşdırmalar hələ də davam edir.

Sakit Okean sahilləri

Təbiətin möcüzəvi, möhtəşəm guşələrindən biri Sakit Okeanın şimal sahilləridir. Sovet dövründə okeanın Ussuri körfəzi turistlərin şüşə tullantılarını atdığı bir yer olub.

Rusların illərlə okeana atdığı şüşələr parçalanaraq çınqıl daşı formasında rəngarəng şəkildə sahilə çıxıblar. O dövrdə körfəzə atılan pivə, araq və şərab şüşələrinin qırıntıları hazırda okean sahillərinə girməyi imkansız hala gətirib. Lakin buna baxmayaraq, sahil turistlərin diqqəıtini cəlb edir. Şüşə çimərliyi adı verilən yer yavaş-yavaş turistlərin istirahət yerinə çevrilib. Rusların zamanında tullantılarla bərbad etdiyi ərazi hazırda Rusiya höküməti tərəfindən qorunan bölgəyə çevrilib.

Daşia təpələri

Qırmızı qum və daş laylarından ibarət olan bu yer zamanla dağlıq ərazi olub. Güclü küləklər nəticəsində sovrulan qumlar ətrafda maraqlı görüntülər yaradıb. Bu qeyri-adi yer Çində yerləşir.

Bölgə turistlər arasında öz populyarlığı ilə seçilir. Buraya gələn turistlər ərazidə canlanan bənzərsiz mənzərəni izləyir, regionda gəmi turlarına çıxır və ətrafdakı məbədləri ziyarət edirlər. UNESCO-nun Dünya Mirasları Komitəsi 1 Avqust 2010-cu ildə Braziliyada keçirdiyi iclasda "Daşia təpələri"ni dünya irsi siyahısına daxil edib. Çinlilər dünya şöhrətli əraziləri ilə qürur duyurlar.

Yarıq Adası

Avstraliyanın Viktoriya ştatında, Vilsons Promontory sahillərində yerləşən qranit bir ada. Ada kəllə sümüyü kimi tanınır. Kəllə sümüyü kimi tanınan, əsil adı Craft Adası olan bu bənzərsiz yer vaxtilə milli park olub.

Nəhəng gizli mağaradan milli park mənzərəsi biraz inandırıcı gəlməsə də, bu belədir. Adanın qərb sahillərində dəniz səviyyəsinin daha yüksək olduğu ərazidə dəniz dalğaları tərəfindən oyulmuş eni 130, hündürlüyü 60 metr olan nəhəng bir mağara daha var. Bir-birinə oxşayan mağaralar kənardan baxıldıqda həqiqətən də kəllə sümüyü və üzərində açılmış göz çuxurunu xatırladır. Bir qrup tədqiqatçıların fikrincə, adanın yandan çıxıntılı quruluşu uzalı vəziyyətdə başsız adamı xatırladır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm