İnsanda KOSMOS ORQANI: bədənimizdəki bu nöqtələr bizi... - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

İnsanda KOSMOS ORQANI: bədənimizdəki bu nöqtələr bizi... - FOTO/VİDEO

Onların fəaliyyəti bizi qeyri-adi...

İnsanın təbiətlə, kosmosla, ilahi yaradılışın bütün gözəllikləri ilə vəhdət halına gəlməsi, ruhla cismin harmoniyasını yarada bilməsi sağlamlıq üçün vazkeçilməzdir. Buddizm fəlsəfəsində insan bədəni kosmosla, səmavi enerji ilə əhatələnən və müəyyən nöqtələrdən ibarət olan cisim kimi təqdim edilir. Lakin insanın təbiətlə harmoniyasını sırf buddizm elementi kimi təqdim edənlər də yanılırlar. Bütün dinlər tanrının insan üçün yaratdığı aləmi, bu aləmdə var olan nəsnələri bir-birinə bağlayır. Elə islam dinində də gözəl bir tövsiyə var: “Gördün ki, əsəbisən, gərgin haldasan, qəzəbini əzizlərinin üstünə tökmə. Çıx təbiətə: aləmdəki gözəllikləri sənin üçün yaratmışam”. Bu, bir daha onu göstərir ki, mövcud dinlər insana eyni tövsiyələr verir, sadəcə onun müxtəlif üsullarla çatdırır.

Publika.az bildirir ki, ruh, vücud və kainat vəhdətinin Buddizm fəlsəfəsi ilə sıx bağlanmasının səbəbi isə bu dində daha çox enerji mövzusuna toxunulur və detallı şəkildə, meditasiyalarla orqanizmin sağlamlığı üçün təlim yolları göstərilir.

Hind və digər Asiya ölkələrində bədənin kosmosdan enerji alması müəyyən nöqtələrlə anladılır ki, buna da çakra adı verilib. Çakra Sanskrit mənşəli söz olub dönüş, təkər mənasına gəlir. İnanclara görə, insan çarx şəklində dönən enerji nöqtələrindən ibarət olduğu üçün onlara bu ad verilib. Başqa sözlə, çakralar bədənimizdə enerji mərkəzləridir. Sanki təkrar-təkrar enerji ilə doldurula bilən gözəgörünməz batareya kimidir. Bu enerji burulğanları bədənimizdə 7 əsas və digər kiçik enerji mərkəzlərində birləşir.

Çakralar əsasən təpədə, gövdədə, ovuclar içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə yerləşirlər. Enerji nöqtələrinə axını yönəldə bilən insanlar dincliyin, xoşbəxtliyin ən üst həzzini duyarlar. Yogilərə (yoqa ustadları) görə, bunu edənlər qarşısındakı insanın düşüncəsini oxuya bilir, gələcəyi görmə qabiliyyətinə yiyələnirlər.

Əsas çakralar hansılardır?

1. Təməl çakra (Muladhara) - Bu çakranın rəngi qırmızıdır. Onurğanın qurtaracağında – büzdüm sümüyündə yerləşən bu çakra insan bədənində Yer Kürəsinə ən yaxın enerji mərkəzidir. Ona görə də o, əsasən sağ qalmaq, həyatda qalmaq (qida, pul) və təhlükəsizlik kimi məsələlər üçün cavabdehdir. Bu enerji mərkəzi ayaqlar, sümüklər, yoğun bağırsaq, cinsi orqanlar və böyrəküstü vəzlərlə əlaqəlidir.

2. Svadhistana çakra: Göbəyin alt hissəsindədir. Əlaqəli olduğu orqanlar qaraciyər, dalaq, bağırsaqlar, qan-damar sistemi. Narıncı rəngli, altıtac yarpaqlı çakradır.

3. Manipura çakra: Göbəyin iki barmaq üstündədir. Öd kisəsi, sinir sistemi, yumurtalıqla əlaqəlidir. Rəngi sarıdır, ontac yarpaqlı çakradır.

4. Anahata çakra: İki döşün arasında yerləşir, ürək, ağ ciyərlər, qan dövranı ilə əlaqəlidir. Yaşıl rəngli on iki yarpaqlı çakradır.

5. Vishouddha çakra: boğazın ortasındadır. Boyun, boğaz, tənəffüs yollarını, qalxanabənzər vəzi əhatə edir. Rəngi mavidir, on altı tac yarpaqlı çakranı simvolizə edir.

6. Ajna Çakra: Alında, iki qaşın ortasında, burun kökündədir. Gözləri, beyni, eşitmə qabiliyyətini, lamisə orqanlarını əhatə edir. Tünd göy (abı rəng) rəngli, iki tac yarpaqlı çakradır.

7. Sahasrara çakra: Kəllənin ortasında – təpəsində yerləşir. Kosmik enerjini üstdən alan çakradır. Beyin, sinir sistemi, insan psixikasına təsir edən bənövşəyi, min tac yarpaqlı çakradır.

Çakralar zəiflədikdə və ya tamamilə bağlandıqda, aşağıdakı problemlər baş qaldıra bilər:

Ayaqlarda ağrı;

Qəbizlik;

Zəif immunitet;

Belin aşağı hissəsində ağrı;

Böyrəklərin fəaliyyətinin pozulması;

Xroniki Yorğunluq Sindromu;

Depressiya;

Mental və emosional problemlər;

Özünəəminlik hissinin azalması;

Daimi narahatçılıq və qorxular.

Qeyd edək ki, Şərq təbabətinə görə, ətdən, sümükdən ibarət cismimizdən əlavə, bir də enerjidən ibarət bədənimiz var. Qanın bədənimizdə dolaşması kimi, enerji də bu bədəndə dolaşır. Enerji düzgün axmayanda fiziki və ruhi xəstəliklər ortaya çıxa bilər. Yoqilər bildirirlər ki, 21 gün boyunca çakraları açıb tənzimləyəndə insan ruhu və bədənində sağalmağa doğru yaxşılaşmalar müşahidə olunacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm