Yapon alimlərdən inanılmaz yenilik: dondurulmuş spermanı kosmosa yolladılar və...
Bizi izləyin

Maraq dünyası

Yapon alimlərdən inanılmaz yenilik: dondurulmuş spermanı kosmosa yolladılar və...

Nümunələr 9 ay 95 selsi dərəcədə saxlanıldıqdan sonra "Spacex-3" vasitəsilə Yerə göndərilib.

Yaponiyalı elm adamlarının uzun müddətdir siçanlar üzərində apardığı təcürübələrin nəticələri mediyaya açıqlanıb.

Publika.az xəbər verir ki, kosmosda dondurulmuş siçan spermalarından 9 ay sonra sağlam balalar dünyaya gəlib.

Beynəlxalq Kosmos Stansiyasında aparılan araşdırmalar nəticəsində həyat toxumlarının dünyadan uzağa - kosmosa aparılmasının mümkün olduğu sübut edilib. Bu eksperiment daha əvvəl balıqlar üzərində sınanmış və uğurla nəticələnmişdi.

Məlumata görə, nümunələr 9 ay mənfi 95 selsi dərəcədə saxlanıldıqdan sonra "Spacex-3" vasitəsilə Yerə göndərilib.

Dünyaya qaytarılan spermaların DNT-si tətqiqatçılar tərəfindən incələnib. Kosmik radiasiya səbəbindən bir neçə yerdə qopmalar müşahidə olunsa da, sperma nümunələrinin törəmə funksiyası zədələnməyib.

Xatırladaq ki, kosmosun radiasiya səviyyəsi dünyanın radiasiya səviyyəsindən 100 qat daha çoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm