Dünyada ilk - Türk mühəndis yanacaqsız işləyən reaktiv mühərrik düzəltdi - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Dünyada ilk - Türk mühəndis yanacaqsız işləyən reaktiv mühərrik düzəltdi - - VİDEO

Berlin Texniki Universitetinin türk əsilli araşdırmaçıları dünyada bir ilkə imza atıblar.

Publika.az xəbər verrir ki, universitetin təqdqiqatçıları Berkant Gökselin rəhbərliyi altında xüsusi qrup yaradıb. Mühəndislərdən ibarət qrup yanacaq istifadə etmədən hərəkətverici qüvvə yaradaraq hərəkətə keçən reaktiv mühərriklər hazırlayıb.

Tədqiqatçılar kosmos və aviasiya sənayesində inqilab yarada biləcəklərinə inanırlar.

İlk dəfə 1964-cü ildə Sovet Rusiyası tərəfindən kosmosa atılan kiçik kosmik vasitələrdən istifadə edilərək hazırlanan plazma hərəkətvericiləri daha təkminləşdirilib. Onlar qətiyyən hazırkı təyyarə mühərriklərinə bənzəmir.

Normal təyyarə motorları kerosin və sıxışdırılmış hava vasitəsilə zəruri enerji sahəsi yaradırsa, plazma hərəkətvericiləri ulduzlarda gedən reaksiyaları təqlid edir. Arqon və ya hava kimi qaz molekullarını sıxışdırıb plazma halına salan mühərrik bu üsullar özünə zəruri elektrik sahələri yaradır. Bu maraqlı konsepsiya uzun müddətdir yaratdığı zəruri enerji qüvvəsinin çox yüksək olmaması səbəbindən yalnız bəzi kiçik peyk və kosmik vasitələrdə istifadə olunub.

Tədqiqatçılar bu konsepsiya üzərində işləyərək onu daha da müasir formaya gətirib və bu dünyada yanacaqsız böyük ölçülərdə hərəkətverici qüvvə yarada bilən ilk mühərriklər hesab olunur.

Tədqiqatçılar mediyaya verdiyi açıqlamada, güclü və son dərəcə sürətli plazma reaktiv mühərrikləri istehsal edən ilk komanda olduqlarını deyiblər:

"İnkişaf etdirdiyimiz motor saniyədə 20 kilometrə qədər sürət yığa bilir. Kiçik ölçüdə olan mühərriklərin böyük sərnişin təyyarələrini havaya qaldırması üçün təxminən 10 min ədəd istifadə edilməsi lazımdır. Qarşıda bir sıra maneələr olduğu üçün biz bunu ilk olaraq daha kiçik təyyarələrdə test edəcəyik".

Tədqiqatçılar bu kəşfin gələcəkdə enerji sektorunda inqilablar yaradacağını düşünürlər.


Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm