Dünyanın ən qəribə ölümləri - İNANMAQ OLMUR - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən qəribə ölümləri - İNANMAQ OLMUR - FOTOLAR

İnsan həyatının təsadüf və ya ehtiyatsızlıq səbəbindən bitməsi çox acınacaqlı haldır. Lakin bir çox insanlar ölümü özləri çağırır. Ehtiyatsızlıq və ya ağılsızlıqları ucbatından gənc yaşda dünyasını dəyişən insanlar heç də az deyil.

Publika.az sizə ağılsızlıqları ucbatından ölən insanlar haqqında maraqlı faktları təqdim edir:

Əslən macarıstanlı olan Ceyk Fen adlı adam arvadını qorxutmaq üçün özünü asır və ölmüş kimi davranır. Bir neçə dəqiqə sonra otağa gələn qadın ərinin öldüyünü zən edib huşunu itirir. Səsə çıxan qonşu qapının açıq olduğunu görüb içəri daxil olanda evdə iki cəsədin olduğunu zənn edərək evi soyur. Ceyk qadına toxunarkən arvadı ayılır və onun dirildiyini zənn edib qorxudan ölür.

Nyu-yorkda küçəni keçərkən bir adamı maşın vurur. Yüngülcə yerə yıxılan adam heç bir xəsarət almadan yerə yıxılır. Sürücü adama heç nə olmadığını görüb yenidən maşına qayıdanda kənardan bir nəfər yerdə yatan adama "qalxma, qalxsan sığortadan pul ala bilməyəcəksən" deyir. Bu sözdən sonra adam yenidən maşının altına yatır. Adamın getdiyini düşünən sürücü maşını sürərək adamın üstündən keçir və o, ölür.

Amerikalı xanım Cerison qızı ilə zarafat etmək qərarına gəlir. Cənazə işləri ilə məşğul olan şirkətlərdən biri ilə razılaşan Cerison evə zəng edib ailəsinə öldüyünü demələrini istəyir. Ailəsinə infarktdan öldüyü deyilən Cerison qızını görəndə birdən dirilir. Qızın qorxudan ürəyi dayanır.

Marko və Roberto de Solisa adlı iki qardaşın ölümü daha qəribə səbəbdən olub. Bir-biri ilə yola gedə bilməyən qardaşlardan biri digərinin başına silahdan atəş açaraq öldürüb. Bu adi bir cinayət kimi görünə bilər. Ancaq həqiqət belə deyil. Çünki Marko ilə Roberto eyni qan dövranı sistemini paylaşan siam əkizləri idi. Robertonun ölümündən 5 dəqiqə sonra qan dövranı dayanan Marko da dünyasını dəyişib.

Komboçyada 2 əsgər partlamamış minayla futbol oynamağa qərar verib. Kamboca ordusunun "ən yaxşı mina mütəxəssisləri" hesab edilən 2 əsgər partlama nəticəsində parçalara bölünərək ölüblər.

ABŞ-ın Alabama ştatında 25 yaşındakı bir əsgər tüpürmə vərdişinin qurbanı olub. Pəncərənin kənarına oturaraq tüpürcəyini böyük küçə lampasına atmaq istəyən əsgər müvazinətini itirib və 11-ci mərtəbədən yıxılaraq ölüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm